Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"

img

11-02-2026 [13:40]


Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

Mia.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, o cümlədən son bir ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artaraq 103 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 2,7 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,4 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 90,8 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri 39,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 32,1 %, pambıq lifinin ixrac dəyəri 23,2 %, çayın ixrac dəyəri 20,9 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 14,2 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 32,6 % artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 21,9 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 23,8 % artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA