Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb

img

11-02-2026 [17:05]


Türkiyə Neft Korporasiyası (TPAO) Liviyada neft və qaz axtarışına başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Neft Korporasiyası (TPAO) 17 illik fasilədən sonra Liviyanın keçirdiyi tenderdə qalib elan olunub.

Anlaşmaya əsasən, TPAO Liviyada biri dənizdə, biri quruda olmaqla iki karbohidrogen kəşfiyyatı və hasilat layihəsi üzrə  tenderi qazanıb: "Tenderin nəticələrinin açıqlanması mərasimində Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə, Neft və Qaz naziri Xəlifə Əbdülsadik, Liviya Milli Neft Korporasiyasının sədri Məsud Süleyman və çoxsaylı beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər. Liviya Milli Neft Korporasiyası TPAO-nun tərəfdaşı İspaniyanın Repsol şirkəti ilə birlikdə C3 quru yatağının işlənəcəyini açıqlayıb. TPAO həmçinin Repsol və Macarıstanın MOL şirkəti ilə birgə O7 dəniz yatağını da işləyəcək".

Lamiyə Əhmədli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA