Oxatan, Balıqlar, Qız, Əkizlər, Xərçəng və Oğlaq bürcləri: onları nə gözləyir?

img

11-02-2026 [18:50]


Fevral ayının 12-si bəzi bürclər üçün adi təqvim günü deyil, həyatlarında yeni səhifə açmaq üçün nadir fürsət hesab olunur. Astroloqların fikrincə, həmin gün kainatın enerjisi xüsusilə altı bürc üçün daha aktiv olacaq və uzun müddətdir gözlənilən diləklərin reallaşması üçün münbit şərait yaradacaq. Bu tarixin özəlliyi ondan ibarətdir ki, aylarla çəkə biləcək niyyətlər fevralın 12-də daha qısa müddətdə nəticə verə bilər.

Mia.az xəbər verir ki, bunu türkiyəli yaşam koçu Meryem Doğan deyib.

O bildirib ki, siyahıda yer alan Oxatan, Balıqlar, Qız, Əkizlər, Xərçəng və Oğlaq bürcləri üçün bu tarix həm də taleyüklü seçimlər dövrüdür.

"Həmin gün diqqəti nəyə yönəltmək, hansı sahədə aktiv olmaq gələcək taleyə birbaşa təsir edə bilər. İstər münasibətlərdəki qeyri-müəyyənliklərin aradan qaldırılması, istərsə də iş və maliyyə məsələlərində yeni qapıların açılması üçün bu tarixin enerjisindən doğru istifadə etmək tövsiyə olunur".

Bu özəl gündə edilən rituallar və niyyətlər xüsusilə keçmişlə vidalaşmaq, yeni iş imkanlarını dəyərləndirmək və qərarsızlıqlara son qoymaq üçün effektiv sayılır. Astroloqlar bildirir ki, fevralın 12-si sadəcə arzu tutmaq günü deyil, həm də taleyə yön vermək imkanıdır. Bu səbəbdən qeyd olunan bürclərin nümayəndələri həmin günü daha şüurlu və pozitiv keçirməyə, hədəflərini netləşdirməyə çalışmalıdırlar/demokrat.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA