"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." -  ABŞ vitse-prezidenti Bakıya gəlir

img

10-02-2026 [16:33]


"ABŞ Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcək".

Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlama verib.

"Biz buradan yolumuzu Azərbaycana davam etdirməkdən məmnunuq. Sülhün əldə edilməsi yalnız ilk addımdır və biz bu gün bu sülhün təmin edilməsi ilə məşğuluq", - C.Vens deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması da regionda sülhün möhkəmlənməsinə töhfə verir: "Hesab edirəm ki, biz əla sülh sənədi imzalamışıq və ABŞ Prezidenti Donald Trampın administrasiyası onun möhkəm olması üçün çalışır"(Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA