YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...

img

10-02-2026 [15:03]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Mia.az lent.az-a istinadla Azər Mursaqulovun qısa bioqrafiyasını təqdim edir:

Azər Mursaqulov nə vaxt anadan olub?

O, 1981-ci ildə ildə anadan olub.

Azər Mursaqulov harada təhsil alıb?

Azər Mursaqulov 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

Azər Mursaqulov hansı vəzifələrdə çalışıb?

Azər Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.

2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru postunu tutub.

Azər Mursaqulov hansı tanınmış şəxsin oğludur?

Azər Mursaqulov 20 Yanvar şəhidi, professor İsmayıl Mursaqulovun oğludur. İ.Mursaqulov 1990-cı ilin yanvarın 24-ü Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onun olduğu və yolun kənarında dayanmış avtomobilin üzərindən keçib. Ağır zədə alan professor fevralın 3-ü 50 yaşında vəfat edib.

İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA