Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"

img

10-02-2026 [17:39]


“Nərimanla bağlı ciddi danışıqlar gedir. Sona yaxınlaşırdı. Düzdür, tam qərar verilməyib, amma ola bilər. Bu gün də oyundan sonra futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, ona yaxşı təklif gəlib, siz getməyim və ya qalmağım haqqında nə qərar verəcəksiniz, bilmirəm".

Mia.az xəbər verir ki, bu sözləri “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O daha sonra bildirib ki, futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil: "Bir az sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Xoşagəlməz deməzdim, amma elə təkliflərdir ki, ora ancaq pula görə getmək olar. Elə pul da təklif edirlər ki, oyunçular “yox” deyə bilmir. Ona görə bir az problemlərimiz var. Çalışırıq ki, ələ alaq, motivasiyanı saxlayaq".

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA