ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
09-02-2026 [15:52]
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək. Səfər bir çox baxımdan diqqət çəkir.
Əvvəlcə onu deyim ki, sonuncu dəfə regiona 2008-ci ildə ABŞ-ın o zamankı vitse-prezidenti Dik Çeyni gəlmişdi. Vaşinqton o vaxtdan bu yana regiona elə də ciddi maraq göstərmir, daha çox prosesləri Gürcüstan və ya Türkiyə üzərindən izləyir, məlumat alırdı. Bu mənada Vensin səfəri Vaşinqtonun regiona baxışında və maraqlarını təmin etmə üsullarında dəyişiklik baş verdiyini göstərir. Yəni ABŞ Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar fonunda artıq dolayı deyil, birbaşa təmaslar vasitəsilə mövqeləri öyrənməyə və təsir imkanlarını bərpa etməyə çalışır.
Fikrimcə, bu səfər bir neçə əsas məqamla bağlıdır. İlk növbədə regionda artan ABŞ–İran gərginliyi diqqətdən kənarda qalmamalıdır. Vaşinqton ehtimal ssenarilər fonunda region ölkələrinin, xüsusilə də Azərbaycanın və Ermənistanın mümkün böhran vəziyyətində hansı mövqe tutacağını, nə kimi addımları ata biləcəyini ölçməyə çalışır. ABŞ üçün əsas məqsəd konkret hərbi razılaşmalardan çox, siyasi mövqelərin, qırmızı xətlərin və davranış modellərinin aydınlaşdırılmasıdır.
Azərbaycan nə İrana qarşı hərbi müdaxilədə, nə də ümumilikdə Tehranın siyasi xaosa sürüklənməsində maraqlıdır. Vaxtaşırı Bakı–Tehran münasibətlərində gərginlik yaşansa da, Azərbaycan rəhbərliyi İranın qarşılaşa biləcəyi mümkün böhranın region üçün yaradacağı ağır nəticələrin fərqindədir. Xüsusilə də ehtimal olunan miqrant axını, sərhəd təhlükəsizliyi və regional sabitliyin pozulması riskləri Bakı üçün ciddi təhlükə mənbəyidir. Məhz bu səbəbdən Azərbaycan mövqeyini əvvəlcədən dəqiq və qəti şəkildə formalaşdırmağa çalışır.
Ermənistana gəlincə, İrəvanın da Tehranla münasibətlərin pozulmasında maraqlı olmadığı açıq görünür. Bununla belə, Bakıdan fərqli olaraq, Ermənistan üçün ölkə ərazilərinin üçüncü dövlətlər tərəfindən istifadəsi və ya xarici hərbi qüvvələrin yerləşdirilməsi yeni və fövqəladə hal sayılmır. Lakin mövcud geosiyasi şəraitdə, xüsusilə İran ətrafında risklərin artdığı bir mərhələdə, İrəvanın da kəskin və radikal addımlar atacağı inandırıcı görünmür.
İkincisi məsələ sülh sazişidir. Məlum olduğu kimi, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin TRIPP dəhlizi ilə bağlı razılıq əldə olunub. İndiki mərhələdə Vaşinqton tərəflərin mövqelərini öyrənmək, sülh prosesinin gələcəyini və mümkün yekun nəticələrini qiymətləndirmək istəyir.
Yekun sülh sazişinin imzalanması üçün bir sıra siyasi şərtlərin yerinə yetirilməsi zəruridir. Xüsusilə Ermənistan üçün konstitusiyaya dəyişikliklərin edilməsi və seçki prosesinin yekunlaşması vacib şərtlərdir. Bu isə o deməkdir ki, belə həssas dövrdə İrəvanın sazişi imzalaması prosesi çətin və mürəkkəb ola bilər.
Bununla yanaşı, istisna deyil ki, Bakı da sülh sazişi çərçivəsində özlüyündə müəyyən hüquqi və institusional islahatlara getməyi düşünəcək. Bütün bu parametrlərin dəqiq müəyyən edilməsi və tərəflərin hazırkı mövqelərinin qiymətləndirilməsi üçün Vaşinqtonun sülh prosesində müşahidəçi və koordinasiya rolu vacibdir. Vensin səfəri bu mənada həm də ABŞ-ın sülh sazişinin uğurla imzalanmasına nə dərəcədə təsir göstərə biləcəyini öyrənmək məqsədini daşıyır.
Üçüncüsü, regionda əməkdaşlıq və strateji qarşılıqlı münasibətlər Vensin səfəri çərçivəsində vacib mövzu kimi diqqət mərkəzindədir. Ermənistan üçün əsas prioritet Metsomor AES-in yenilənməsi və yeni enerji layihələrinin icrasıdır. Bu, İrəvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin iqtisadi potensialını artırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Bakı ilə münasibətlərdə isə diqqət daha çox hərbi əməkdaşlıq və təhlükəsizlik koordinasiyasına yönəlib. Bu sahədə tərəflər arasında mövcud mexanizmlərin gücləndirilməsi, hərbi təlimlərin və kəşfiyyat məlumatlarının paylaşılması kimi məsələlər gündəmdədir.
TRIPP dəhlizinin açılması isə regional əməkdaşlığın həm iqtisadi, həm də logistika aspektlərini əhatə edən mühüm addım kimi müzakirə edilə bilər. Xüsusi ilə dəhlizin açılmasından sonra nəqliyyat və ticarət axınlarının idarə olunması mexanizmləri, həmçinin iştirakçı tərəflərin koordinasiya proseslərinin necə işləyəcəyi müəyyən ediləcək. Bütün bunlar isə mütləq danışılmalıdır.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi