Epşteyn ərəb ölkəsində "zəlzələ yaratdı" - "Bacım burdadır, səninlə..."

img

10-02-2026 [11:38]


Amerikalı milyarder pedofil Epşteynin işi üzrə yayılan sənədləriə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) adı hallanan diplomatı Hind Əl-Oveysin yazışmaları dünya və sözügedən ölkədə şok effekt verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yayılan sənədlərdə ərəb diplomatla əxlaqsız milyarderin elektorn poçt üzərindən yazımaları yer alıb.

Yazışmalardan görünür ki, ərəb diplomat sonradan ölkəsini BMT-də təmsil edən bacısı ilə miyarderi tanış etmək üçün "dəridən-qabıqdan" çıxıb.

O zaman adi diplomat olanı ərəb diplomat bacısı haqda yazdığı məktbların birində ABŞ-da - Nyu-Yorkda  olduğunu qeyd edib: "Şəhərdəsiniz?? Bacım buradadır və mən ona sizin haqqınızda çox şey danışmışam. İstəyirəm ki, sizinlə şəxsən görüşsün. Nə vaxt gələcəyinizi mənə bildirin!!!!!".

Digər sənədlərin birində isə Epşteynin ona artıq bacısı ilə bir yerdə olduğunu yazıb və hətta gələcək perspektivlə bağlı işarə vurub:  "Gələcək işiniz üçün faydalı ola biləcəyini düşündüyüm biri bu gün mənim evimdədir".

Maraqlı burasıdır ki, bu yazışmalardan az sonra Hind Əl-Oveys Birləşmiş Millətlər Təşkilatında BƏƏ-nin təmsilçisi təyin olunub...

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA