Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)

img

09-02-2026 [22:46]


Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda sabiq deputatın harada dəfn ediləcəyi müəyyənləşməyib.

***

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

Mia.az Manset.az-a istinadən xəbər verir ki, o bu dəqiqələrdə Türkiyədə vəfat edib.

Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.

Qeyd edək ki, Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA