ABŞ-ın vitse-prezidenti Ermənistanda: "Bu, regiona tarixi dəyişikliklər gətirəcək"

img

09-02-2026 [21:20]


"TRIPP layihəsi ("Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu") tranzit və ticarəti açaraq Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək".

Mia.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, TRIPP regiona tarixi dəyişikliklər gətirəcək: "Mən həmçinin "TRIPP Enterprise Fund" haqqında qürurla danışacağam. TRIPP Fondu vasitəsilə Ermənistana iri həcmli özəl kapital yönəldiləcək. Layihə regionda ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar açacaq, həmçinin Ermənistanla qonşu ölkələr arasında misli görünməmiş əlaqələr yaradacaq. Bu təkcə Ermənistan xalqına rifah gətirməyəcək, həm də uzunmüddətli sülh üçün mühüm addım olacaq. Qarşılıqlı əlaqəli iqtisadiyyatlar və enerji sektorları yaradıldıqda regionda dayanıqlı sülh imkanı təmin edilir".

Cey Di Vens daha sonra Cənubi Qafqazdakı hazırkı sülh prosesini əsl tarixi hadisə kimi xarakterizə edib.

Lamiyə

MİAA.Z


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA