Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
02-02-2026 [16:37]
Azərbaycanda fövqəladə hallarla bağlı dövlət satınalmalarının və xidmətlərin elektron sistem üzərindən sürətli rəsmiləşdirilməsi mexanizmlərinə baxılmalıdır.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, yüksək dağlıq və mürəkkəb iqlim şəraitini olan rayonlarda fövqəladə və ekstremal hallarda dövlət orqanlarının çevik reaksiya imkanlarını təmin etmək və baş verən fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün daha çevik mexanizmlərin yaradılmasına və əlavə tədbirlərin görülməsinə də ehtiyac var.
"19-20 yanvar tarixlərində intensiv yağmış qar Lerik şəhəri ilə rayonun kəndləri arasında əlaqənin kəsilməsinə, Astara şəhəri ilə rayonun dağlıq ərazisində yerləşən kəndləri arasında əlaqənin tam kəsilməsinə, bir çox kəndlərdə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilə yaranmasına səbəb oldu. Yerli qurumların əməkdaşları böyük fədakarlıqla çalışsalar da, texnika çatışmazlığı, operativ maliyyə mexanizmlərinin olmaması problemi vaxtında aradan qaldırmağa imkan vermədi. Yolların bağlı olması səbəbindən vəfat edən şəxsin üç gün sonra basdırılması, hamilələrin xəstəxanaya çatdırıla bilməməsi və digər bu kimi hallar qeydə alındı.
Bu qeyd olunanları və qanunvericilikdə aparılan mütərəqqi dəyişiklikləri nəzərə alaraq təklif edirəm ki, fövqəladə hallarla bağlı dövlət satınalmalarının və xidmətlərin elektron sistem üzərindən sürətli rəsmiləşdirilməsi mexanizmlərinə baxılsın. Yüksək dağlıq rayonların icra hakimiyyətlərinə dövlət büdcəsindən hər il 40-50 min manat ehtiyat vəsaitin ayrılması nəzərdə tutulsun. Bu vəsaitdən ekstremal halda tender və kotirovka prosedurlarından kənar, lakin sonradan şəffaf hesabatlılıq təmin edilməklə operativ istifadə üçün çevik qərarvermə mexanizmi tətbiq edilsin", - deyə o qeyd edib.
Bundan başqa, deputat əlavə edib ki, fövqəladə hallarda vaxt amili həlledici olduğundan, mövcud prosedurların sadələşdirilməsi insan həyatı və dövlətin operativliyi baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu təkliflərin reallaşması dövlət orqanlarının fövqəladə hallara hazırlıq səviyyəsini yüksəldəcək, dövlətə etimadı daha da möhkəmləndirəcək"(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi