“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
29-01-2026 [17:27]
Bu gün əhalinin hüquqlarının kütləvi şəkildə pozulduğu sahələrdən biri də bank sektorudur. Bank sektoru əhalinin maliyyə savadsızlığından və bəzi hallarda dolaşıq mexanizmlərdən istifadə edərək müştəriləri faizlə “yükləyirlər” və külli miqdarda gəlir əldə edirlər. Sonda məlum olur ki, bankdan kiçik məbləğdə vəsait götürmüş müştəri həmin məbləğ üçün bağırsaq kimi uzanan faizlər ödəməli olur. Təəssüf ki, Mərkəzi Bank hələ də istehlakçıların hüquqlarının qorunması sahəsində effektiv mexanizm ortaya qoya bilməyib.
Sizə ölkənin ikinci ən böyük bankı olan Kapitalbankın borcu silmə mexanizmi barədə danışmaq istəyirəm. Bu bankın xidmət göstərdiyi 1000 manat kredit limiti olan kart sahibiyəm. Kredit kart istifadəçiləri bilir ki, xərclənmiş vəsait bir qayda olaraq güzəştli və güzəştsiz statusa malik olur. Kart vasitəsilə mal və xidmətlər üçün ödəniş etdikdə xərclənmiş vəsait müəyyən dövrdə (30 gün, 45 gün və s.) güzəştli statusa malik olur. Ancaq nağdlaşdırma və başqa karta köçürtmə etdikdə (card to card) gündəlik faiz hesablanır. Məsələn, Kapitalbank belə əməliyyat üçün illik 35%-lik faiz tətbiq edir. Ölkə üzrə orta faiz dərəcəsindən 3 dəfəyədək yüksək...
Deməli, təxminən 12 gün əvvəl kartdan digər kartda 400 manat köçürtmüşəm və məndən 1.5% komissiya (6 manat) tutub. Qısası 406 manat vəsait çıxıb kartdan və faiz hesablanmağa başlayıb. Bura qədər sual yoxdur və hər şey qaydasındadır. Sual bundan sonra başlayır. 1000 manatlıq limitin təxminən 400 manatı güzəştli vəsait idi, 406 manat güzəştsiz və kartda isə 200 manata yaxın vəsait qalmışdı. Nəticədə mənim karta olan borcum 806 manat olub. Ancaq mən 10 gün müddətində hissə-hissə olmaqla 960 manatdan çox vəsait yatırmışam və sonda məlum olur ki, mənim 282 manat güzəştsiz statusa malik borcum var və ona görə illik 35% olmaqla gündəlik borc yığılır. Əvvəl fikirləşdim ki, borc xərclənmə tarixi əsasında örtülür. Əvvəl 400 manat, sonra isə faizlə birgə 406 manat örtüləcək. Ancaq bank karta qoyduğum 960 manat vəsaitin cəmisi 130 manatını güzəştsiz borca yönəldib. Yerdə qalan 282 manatlıq vəsaitə insafsızcasına 35% illik faiz tətbiq edir.
Əlbəttə, bankla əlaqə saxladım və izahları özü mənafelərinə uyğun oldu. Borc ödəyəndə prioritet güzəştli vəsaitlər olur. Müştəriyə 1 aylıq möhlət verən borcu bağlamağı sonraya saxlamaq əvəzinə banka gündəlik faiz qazandıran borcu sonraya saxlayır. Müştəri terminallar vasitəsilə pul ödəyir və bank həmin vəsiti ona qazanc verən istiqamətə yönəldir.
Anlaşılan odur ki, hər bank öz istəyinə uyğun faiz siyasəti yürüdür və əhalinin maliyyə savadsızlığından istifadə edərək onları faizlə yükəyirlər. Müqavilələri isə öz mənafelərinə uyğun tərtib edirlər ki, istənilən vaxt həmin müqavilələrə istinad edərək özlərini haqlı çıxarsınlar. Mən bilmirəm, Mərkəzi Bank bankların faiz tətbiqinə necə nəzarət edir, amma əminəm ki, müştərilər bundan zərər görür. Ola bilsin, hansısa müştəriyə gündəlik 15-20 qəpik faiz hesablamaq diqqət cəlb etməyə bilər. Amma 100 minlərlə müştərisi olan banklar 1 günlük qazancdan böyük vəsait əldə edir.
Ümid edirəm Mərkəzi Bank bu hallara nəzarəti gücləndirəcək və bankların yox, əhalinin mənafeyindən çıxış edəcək.
Samir Əliyev, iqtisadçı
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi