17-09-2014 [15:09]
Hər birimiz ay ərazində bir neçə toya çağırılırıq. "O iş yoldaşımdır”, "bu qrup yoldaşım olub”, "mənim toyuma gəlib, gərək borcunu qaytarım”, "sabah üz-üzə gələcəyik”, "getməsəm ayıb olar” və s. kimi fikirlər hər evdə ay ərzində ən azı 3-4 dəfə səslənir. Verilən dəvətnamələrə sevinmək əvəzinə "qara-qara” düşünməyə başalayırıq. Nəticə etibarilə aldığımız maaşın çox hissəsi "restoran mafiyası”nın güdazına gedir. Toylara yazdırdığımız nəmərin məclis sahibinə "xeyir”i bundan ibarət olur ki, yığılan pullar hesabına şadlıq evinə borcunu ödəyə bilir. Vəssalam.
Azərbaycandakı şadlıq evlərində hökm sürən israfçılığın qarşısının alınması üçün müəyyən addımlar atılır, qulaq batıran səs-akustika məsələsi tənzimlənməkdədir. Bu məsələnin heç şübhəsiz parlamentin payız sessiyasında ciddi müzakirə mövzusu olacağı da istisna deyil. Bu, necə deyərlər, məsələnin bir tərəfi.
Digər tərəf ondan ibarətdir ki, fikirləşmək olar, əgər toy sahibinin xəci azalacaqsa, deməli toya salınacaq nəməri də azalda biləcəyik. Məsələ burasındadır ki, orta statistik azərbaycanlı toya gedərkən 1 nəfər üçün 50 manat nəmər yazılır. Ən azı. Çünki bəzən getdiyimiz toyun menyüsünü görəndə məbləği artırmaq məcburiyyətində qaldığmız vaxtlar da olur. Restorandakı menyünün tənzimlənəcəyi təqdirdə toy xərclərinin aşağı salınması birbaşa nəmərə də təsir edəcək. Heç olmasa aldığımız dəvətnamələrə sevinə biləcəyik.
Modern.az-a daxil olan məlumata görə, restoranlarda kiçik toy və nişan mərasimlərinin keçirilməsi üçün müraciətlərdən imtina gündəmə gəlib. Yeri gəlmişkən, kimi dindirirsən, böyük əksəriyyət sünnət toyunun təmtəraqlı keçirilməsinin qəti əleyhinə olduğunu vurğulayır. Amma...
Əmması budur ki, il ərzində dəfələrlə toya çağırılan, aparıb həmin məclislərə nəmər yazdıran kiçik yaşlı uşağın valideyni əvəzini sünnət etməklə çıxmağa çalışır. Fikirləşir ki, "mənim uşağım balacadır, o böyüyənədək toyuna getdiklərim o vaxta qədər sağ qala-qalmaya...”.
Burada həqiqət var. Onda çıxış yolu nədədir? Çıxış yolunun ilk addımı isə toy xərclərinin aşağı salınmasıdır. Belə olan halda qonaqlar süfrəyə uyğun olaraq nəməri az yazdıracaq, toy sahibi də sabah başqasının toyuna çağırılanda "pul dərdi” çəkməyəcək.
Əgər sadaladığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqsa, ən azı verilən dəvətnamələrə görə "bu çox da lazım idi mənə” deyilməyəcək. Dəvətnaməni aldıqdan sonra ürəklə "Mübarəkdi!”, "Allah xoşbəxt etsin!” deyə biləcəyik.
Ümid edirik ki, bu yazı "yaralar”a "məlhəm” olacaq. Əgər yuxarıda bəhs etdiyimiz problem yaxşıya doğru həll olunacaqsa, hər biriniz aldığınız maaşı ora-bura bölüşdürmədən rahatca xərcləyə biləcəksiniz. Elə mən də...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi