Qorunan və qorunmayan ləyaqət!
09-01-2026 [17:04]
Samir Feyruzov
***
Azərbaycanın ideoloji cəbhəsi 34 ildir “AzTV-nin şineli”ndən çıxan bir çox acgözlərin, qarınquruların şıltaqlarından əziyyət çəkir, inildəyir.
Sözsüz, "AzTV-nin şineli"ndən çıxan və mənim də tanıdğım yüzlərlə peşəkar, mərd adam var. itib-batıblar. Lakin AzTV-nin sabiq sədri, rəhmətlik professor Nizami Xudiyevin şəxsi kabinetində “boya-başa” çatan diktorların indiki efirlərdə əlllərindən öpürlər. O, “məşhur” dövrləri xatırlayanlar və həmin diktorların bəzilərinin hansı mənəviyyatın daşıyıcısı olduqlarını bilənlər az deyil. Bu diktorlar xəbər oxuyublar, xəbər yaratmayıblar, bunların işi bədbəxt, zəhmətkeş jurnalistlərin əməyini üzündən oxumaq olub. Bu gün də belədir.
Zənnimcə, həmin dövrləri Qulu Məhərrəmli daha yaxşı şərh edə bilər, çünki Babək Hüseynoğludan sonra dövlət televiziyasında tuğyan edən şəhvət burulğanının ən acımasız dalğıcların biri məhz bu adam olub. Heydər Əliyevin ölüm günü övladına toy eləmək istəyən adamın ağzından qoşaşapalaqla sillə vuran Arif Alışanov hər cür buqələmunların “donos”larının deyil, məhz öz nəfsinin qurbanına çevrildi.
İndiki sədr Rövşən Məmmədov isə başını aşağı salıb işini görür, musqullarını şişirdir, vaxtilə Eldar Mahmudovda olmayan xaotik tərzdə maşından düşür, liftə minir - bəli, məhz minir, tədbirə daxil olmur - rəsmən girir. Sədrimizin bodbilder yarışlarında qalib olacağına da inanıram. Amma efirdə ədəb-ərkanı da gözləyir, yaxşıdır, pis demək olmaz. Bu adam keçmişdə AzTV-də işləyən köhnə əməkdaşları da unutmur, evində ziyarət edir, iş təklif edir, onlardan biri də Nəsimi Nəbizadə idi. Amma Nəsimi istəmədi. Eşitdiyimə görə, Rövşən maksimum dəstək nədirsə, onu da etməyə çalışıb. Dövlət isə dəfələrlə bu adamı xilas edib.
Amma 52 yaşlı klassik diktor narkomanlığın, dələduzluğun, axmaqlığın, avaralığın lap dibinə qədər endi. Sonra da Qurtuluş Reablitasiya Mərkəzi adlı “əqidəyeyən” mərkəzin direktoru Ceyhun Salmanov onun qulağından tutub apardı müalicəyə. Məlumata görə, Nəsimi Nəbizadəyə sələfilikdən din dərsləri keçirilirmiş, Allahın "hidayət yolu" təlqin olunurmuş. O da fürsət tapan kimi aradan cırıb.
Nəsimiyə hörmətim artdı, sələfi olmaqdansa, narkoman olmaq daha yaxşıdır. Biri fiziki cəhətdən adamı məhv edir, o biri də mənən...
Dünən baxıram ki, Reabitasiya mərkəzinin direktoru qışqırır ki, "xalq olaraq, səfərbər olmalı, Nəsimini tapmalıyıq". Kimdir Nəsimi? Əlisa Nicat işıq pulunu ödəyə bilmir, evin içində üşüməsin deyə, üst-üstə 3-4 cırıq palto geyinir. Yox, bəlkə Nəsimi kinetik enerjini kəşf edib, elədir? Yandırın spirtləri! Bəlkə vaxtilə AzTV-də törətdiyi mənəvi cinayətlərin altını çəkir?!
Təlxəkliyə baxın da, deyir, Nəsimiyə maşın almışdıq, Həccə aparacaqdıq. Di gəl, bundan sonra sələfi olma da! Bütün saytlar da yazır: “Nəsimi qaçdı”, “Nəsimi metronun yanında göründü”, “Nəsimi tapıldı” və s. Heç olmasa, itmiş hüquqlarınızı, zorlanmış haqlarınızı da belə axtarın da! Məsələ narkomaniya ilə mübarizədirsə, o zaman onları sağaldıb başqa bir xəstəliyə - sələfiliyə niyə mübtəla edirsiniz?! Nəsimidən Hacı olar, a kişi, ziyarətdə şeytanlar Nəsimini daşlayacaq. Məkkədə qaçsa, hay taparsınız onu...
Milli Qəhrəmanımızın oğlu Ceyhun Əsgərova da, Nəsimi Nəbizadəyə də xalq hər şey edib, dövlət bu adamlardan heç nə əsirgəməyib, ev, pul, iş, təltif, hər şey verib. Reklamsız, təmənnasız edib.
Allah heç kəsi öz dövlətindən başqa heç kəsin puluna möhtac eləməsin.
Amma düzəlmirlər də. Nədir, dövlət əlinə qırmanc alıb bunların dalı ilə düşməlidir? Gözdə-qulağda olun, C.Əsgərov sağlamlığına qovuşsun, qaçmasın. Sosial şəbəkələrdəki paylaşımlaran belə başa düşdüm ki, hamı işini-gücünü buraxıb Nəsimini qorumalıdır. Niyə də?! Bu ölkədə Nəsimidən yüz dəfə üstün olan minlərlə ləyaqətli jurnalist, ədib, alim, həkim, müəllim, mühəndis, fəhlə cürüyüb məhv olur, dərdini heç kəsə deyə bilmir.
Bəzən bizim qadınlardakı dəyanətə heyrət edirəm, məsələn, jurnalist Gülşən Şərifdə olduğu kimi... Şəxsən tanımıram, fotolarına baxıram.
Nəsimi narkotiklə, Gülşən xərçənglə döyüşür!
Qucağında övlad tutub xərçənglə döyüşmək erməni generalı öldürmək qədər qüruruvericidir, qəhrəmanlıqdır. Hansı ki Nəsimi kiminsə isti qucağında belə öz arsızlığı ilə vidalaşa bilmir.
Hansı daha ləyaqətlidir, xalq-dövlət hansına daha çox sahib çıxmalıdır, siz düşünün...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər