Gecikmiş qisas və ya klanların “taxt oyunları”...
04-01-2026 [19:38]
Natiq Cəfərli
Real Partiyasının sədri
***
Bu gün dünyada ən çox müzakirə olunan məsələ ABŞ-ın Venesuelaya qarşı 4 saatlıq əməliyyatı və Madurunun öz yataq otağından oğurlanaraq ABŞ-a gətirilməsidir.
Artıq heç kimdə şübhə yoxdur ki, Maduronu öz yaxın ətrafı satıb, daxildən ciddi dəstək olmasaydı, ABŞ-ın bir nəfər əsgərinin burnunun belə qanamadan əməliyyat keçirməsi, Maduronu evində-yatağında həbs edib, ABŞ-a gətirməsi mümkün olmazdı.
Bu gün baş verənləri anlamaq üçün 50 il keçmişə qayıtmaq lazımdır, təməl ordadır, amma, qırılma nöqtəsinin Çavesin varis planında yarandığı üzə çıxır.
Venesuelanın virse-prezidenti, dünəndən etibarən Venesuelanın Konstitusiya Məhkəməsi tərəfindən bu ölkənin qanuni və faktiki rəhbəri elan edilən Delcy Rodríguez, məncə, bütün bu hekayənin əsas aktryoru, doğma qardaşı Jorge Rodríguez isə baş rejissorudur.
1969-cu ildə Venesuelada “Liga Socialista” adlı hərakat yaranır. Bu hərəkatın təsisçisi və rəhbəri Venesuelanın varlı təbəqəsindən çıxan Antonio Rodríguez oldu. Antonio Rodríguezin iki övladı vardı – qızı Delcy, oğlu Jorge.
1976-cı ildə Antonio Rodríguez həbs olunur və istintaq zamanı müammalı şəkildə ölür. Amma, ailəsi varlı olduğundan həyat yoldaşı hər iki uşağa yaxşı təhsil verməyi bacarır – oğlu Jorge həkim, qızı Delcy hüquqşünas olur (əmək hüququ), Delcy bir müddət Fransada yaşayır, orada təhsil alıb Venesuelaya dönür.
Uqo Çaves hakimiyyətə gələndən sonra qardaş-bacıya yaxşı vəzifələr verir, hamı gözləyirdi ki, öz varisi kimi Jorge Rodríguezi elan edəcək, o zamanlar Jorge vitse-prezident idi – amma, Çaves düşündü ki, Jorgenin xarizması azdır və ona görə də, keçmiş avtobus sürücüsü, odlu-alovlu çıxışları ilə seçilən, həmkarlar lideri olan Maduronu öz varisi elan etdi.
Maduro Rodríguez klanının gücünü bilirdi deyə, bacını vitse-prezident, qardaşı isə Karakasın meri, parlamentin sədri kimi yüksək vəzifələrə təyin etməyə məcbur oldu. Amma, görünən odur ki, bacı-qardaş gözləməkdən bezdilər, Maduronun xoşluqla getməyəcəyini anladılar, çox günman, ABŞ-dan tam zəmanət aldılar ki, Nobel almış müxalifət lideri ölkəyə gəlməyəcək, hakimiyyət bu klana keçəcək, buna görə də, ABŞ-a daxildən ciddi yardım etdilər və nəhayət ki, klan, Çavesin və Maduronun onlara qısqanc münasibətinin qısasını almağa nail oldu, və ya buna çox yaxınlaşdı.
Tarixən müxtəlif ölkələrdə “taxt oyunlarını”, inqilab, xaql üsyanı, bəzən də, güclü ölkənin unikal əməliyyatı kimi təqdim ediblər...
P.S.Yazı müəllifin Feysbuk hesabından götürülüb!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər