"ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİN İŞĞAL PLANI VAR" - Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü

img

22-12-2025 [00:04]


Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanov Rusiya ilə bağlı sensasiyalı iddia açıqlayıb.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, o,  Baltikyanı ölkələr barədə Rusiyanın rəsmi işğal planı olduğunu iddia edib.

Budanovun sözlərinə görə, Moskva Litva, Latviya və Estoniyanı əhatə edən mümkün işğal ssenarisinə hazırlıqları sürətləndirib: "Rusiya Avropa üçün hərbi hazırlıqlarını 2030-cu ildən 2027-ci ilə keçirib. Rusiyanın ehtimal olunan ilk hədəfləri Litva, Latviya və Estoniyanı əhatə edən Baltikyanı bölgədir. Polşa hazırda birbaşa işğal planlarının bir hissəsi deyil, lakin Moskva tərəfindən hərbi təzyiq və hücum ssenariləri çərçivəsində nəzərdən keçirilir".

Ukrayna kəşfiyyat rəhbəri daha sonra Rusiyanın ekspansionist siyasətinin ideoloji perspektivdən formalaşdığını bildirib. O, Kremlin Qərbi zəif və qeyri-sabit hesab etdiyini və Rusiyanı imperiya kimi yenidən ayağa qalxmağa çalışdığını iddia edib: "Rusiya prezidenti Vladimir Putin təkcə hərbi deyil, həm də sosial hazırlıq prosesi həyata keçirir. Onun məqsədlərdən biri Rusiya ictimaiyyətinin nəzərində Avropanın güclü və cəlbedici olması təsəvvürünü yox etməkdir..."

Yeri gəlmişkən, Müharibə Tədqiqatları İnstitutu (ISW) tərəfindən dərc edilən təhlillərdə də Rusiyanın NATO ilə mümkün münaqişəyə hazırlıqlarını sürətləndirdiyi yazlıb. Hesabatda bildirilir ki, bu prosesdə hərbi potensialla yanaşı, informasiya və psixoloji infrastruktur da gücləndirilir.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:37 21.12.2025

Maştağafa obyekt yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA