Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
21-12-2025 [10:58]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Məlum olduğu kimi, məktəbin idarə edilməsində süni intellekt (Sİ) artıq nəzəri müzakirə predmetindən çıxaraq real idarəetmə alətinə çevrilməkdədir. Dünyanın bir çox ölkəsində təhsil müəssisələrində mərhələli tətbiq olunur, rəhbərlərin qərarvermə imkanlarını genişləndirir və məktəblərin səmərəliliyini artırır.
Azərbaycanda da bu mövzu ictimaiyyət və təhsil sferasında geniş müzakirə olunur. Bəzi təhsil müəssisə rəhbərlərinin məlumatından görünür ki, artıq Sİ-dən istifadə edənlər var.
Düşünürəm ki, Elm və Təhsil Nazirliyi pilot layihə formasında bir neçə məktəbdə süni intellektin idarəetmədə tətbiqini sınaqdan keçirə bilər. Qazanılan praktik nəticələr isə sonrakı mərhələ üçün istnad olar.
Həm də nəzərə alaq ki, indi məktəblərdə artıq süni intellektin tətbiqinə imkan yarada bilən elektron məlumat bazası faktiki olaraq hazırdır. Habelə davamiyyət, elektron jurnallar, qiymətləndirmə sistemləri və s mövcuddur.
Bu gün əsas məsələ süni intellektin idarəetmədə necə effektli tətbiq oluna bilməsidir. Bu baxımından aşağıdakı məsələlərə diqqət yetirək:
1. Qərarların daha əsaslı verilməsi (analitik idarəetmə)
Məlum olduğu kimi məktəbdə hər gün böyük həcmdə məlumat yaranır:
- şagird nailiyyətləri,
- davamiyyət,
- müəllim yüklənməsi,
- qiymətləndirmə nəticələri,
- valideyn müraciətləri,
- cari yaranan məsələlər və s.
Süni intellekt bu məlumatları:
təhlil edir, tendensiyaları göstərir, riskləri öncədən xəbər verir.
Məsələn:
Hansı siniflərdə geriləmə var?
Hansı müəllimin yükü həddindən artıqdır? Hansı şagirdlər risk qrupundadır?
Beləliklə, direktor ehtimal, intuisiya ilə yox, dəqiq faktlara əsaslanaraq qərar verir.
2. Direktor məmur yox, lider olur
Bu gün məktəb direktorlarının böyük hissəsi, əsasən:
hesabat, cədvəl, yazışma, statistik məlumat toplamaqla məşğuldur.
Süni intellekt:
- avtomatik hesabatlar hazırlayır,
- cədvəlləri optimallaşdırır,
- sənədləşməni sürətləndirir;
Nəticədə: Bu isə liderlik fəaliyhətinin səmərəli istifadə edilməsi üçün real imkandır. Pedaqoji mühitlə ünsiyyət, strateji, yaradıcı düşüncə və kollektivlə iş üçün daha çox vaxt qazanılır. Direktor kağız üzərində idarə edən məmurdan, canlı prosesləri yönəldən liderə çevrilir.
3. Risklərin erkən aşkarlanması (profilaktik idarəetmə)
Ənənəvi idarəetmədə problemlər baş verdikdən sonra ona reaksiya verilir.
Süni intellekt isə:
- davamiyyətin azalmasını,
- davranış dəyişikliklərini,
- akademik geriləməni öncədən aşkarlaya bilir;
Bu, məktəbdə cəza yox, profilaktika, vaxtında dəstək göstərməyi artırır. Yəni idarəetmə qorxu üzərində yox, qabaqlayıcı yanaşma və düşüncə üzərində qurulur.
4. Şəffaflıq və ədalət mühitinin güclənməsi
Süni intellekt:
- eyni meyarla qiymətləndirir,
- subyektiv yanaşmanı azaldır,
- qərarların əsaslandırılmasını asanlaşdırır.
Bu isə müəllimlərdə inam yaradır, “kimə görə, nəyə görə” suallarını azaldır, idarəetməyə etimadı artırır.
Təcrübə daim təsdiq edir ki, liderliyin formalaşması üçün etimad, inam əsas şərtdir.
Sİ bu etimadın texnoloji dayağına çevrilə bilər.
5. Süni intellektdə əsas risk tərəfi. Yaxud rəhbərin arzu edilməyən tərəfə yönəlməsi.
Burada çox vacib bir məqamı qeyd etmək lazımdır.
Əgər idarəedənlər yaradıcı təşəbbüsdən qorxursa, onların düşüncəsində liderlik yox, itaət etmək yanaşması, düşüncəsi hökm sürürsə, şəffaflıq istənilmirsə, o zaman süni intellekti də öz məramına yönəldir. Sİ nəzarət alətinə, cəza mexanizminə, “səhv axtaran sistemə” çevrilə bilər.
Yəni, Süni intellektin faydalılığı onu tətbiq edənin idarəetmə məqsədi, yanaşmasından asılıdır.
6. Nəticə olaraq ümumiləşdirsək məktəbin idarə edilməsində süni intellekt:
- mövcud məlumatları oxuyur, müqayisə edir və nəticə çıxarır.
- İdarə edənə alternativ deyil, onu əvəz etmir. İdarəedəni gücləndirən, liderlik üçün əlavə imkanlar yaradan alətdir,
- insanı sıxışdırmır, amma insanı mərkəzə qaytarır;
- qorxu mühiti yaratmır, amma ədaləti və əsaslandırmanı gücləndirir.
Məktəb idarəçiliyində süni intellekt liderlik üçün yeni imkanlar yarada bilər. Əgər məktəbdə sağlam idarəetmə mühiti varsa, süni intellekt təhsildə keyfiyyət və liderliyin katalizatoruna çevrilə bilir. Deməli, burada həlledici olan texnologiya deyil, onu idarəetmədə necə oxumağı bacaran rəhbər düşüncəsindədir.
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub