Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib

img

19-12-2025 [18:03]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 50 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərraclara çıxarılan əmlaklara ümumilikdə 78 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 3 300 manat olan "Hyundai H-1" markalı mikroavtobus 10 533 manata, 9 700 manat olan "Hyundai County" markalı avtobus isə 16 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac dekabrın 23-də keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA