Çin dəniz dibində tarixi kəşfə imza atdı - Nəhəng qızıl yatağı aşkarlandı

img

22-12-2025 [00:59]


Çin dəniz dibində tarixi kəşfə imza atıb.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, Şandong əyalətində dəniz dibində  ölkənin ilk sualtı qızıl yatağı kəşf edilib.

Məlumata görə, Jiaodong yarımadasının yaxınlığında yerləşən yeni yataq Asiyada indiyə qədər kəşf edilmiş ən böyük dəniz altındakı qızıl yatağıdır: "Burada ən azı 3900 ton qızıl ehtiyatları var. Bu miqdar Çinin məlum ümumi qızıl ehtiyatlarının təxminən 26 faizinə bərabərdir".

Məlumatda deyilir ki, Çin 2021-ci ildən bəri bu cür kəşfiyyat fəaliyyətlərinə təxminən 450 milyard yuan sərmayə qoyub.

Mütəxəssislər qeyd edirlər ki, bu sualtı ehtiyat Çinin uzunmüddətli mədən siyasəti və resurs təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, bundan əvvəl ölkənin şimal-şərqində 1400 tondan çox qızıl ehtiyatı olan bir yataq da kəşf olunub.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:37 21.12.2025

Maştağafa obyekt yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA