13-09-2014 [16:22]
"Toy mərasimlərinin keçirilməsinin tənzimlənməsi müəyyən insanların ciddi biznes maraqlarına toxunan bir addım olacaq”.
Mia.az xəbər verir ki, bunu Simsar.az-a Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkli Musa Quliyev toy mərasimlərində israfçılığın qarşısının alınmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, yas mərasimləri ilə bağlı problem tam qaydaya düşəndən, insanlar şüurlu şəkildə yas mərasimlərinin tövsiyə olunan şəkildə keçirilməsini qəbul edəndən sonra toy mərasimləri ilə bağlı işə başlamaq olar. Hesab edirəm ki, yas mərasimləri ilə müqayisədə bu, çox çətin olacaq. Çünki toy mərasimlərində maraqlı olan şəxslər, qüvvələr var və bu addım bir çoxlarının ciddi biznes maraqlarına toxunacaq.
Deputat həmçinin, şadlıq evlərində səs-küyün normal qaydaya uyğun tənzimlənməsi, qida məhsullarının sanitar gigiyenik normalar çərçivəsində hazırlanması, toy mərasimində həddən artıq dəbdəbəyə yer verilməməsi kimi məsələlərdə əhali arasında maarifləndirmə işləri aparılmasının vacibliyini də vurğulayıb. "Çünki, mərasimlər qanunlarla tənzimlənə bilməz. Lakin, toy məclislərinin cəmiyyətin bütün təbəqələrinin arzu və istəklərinə uyğun olması üçün müəyyən normativ tədbirlər həyata keçirtmək lazımdır”.
Deputatın sözlərinə görə, toy məclislərində nizam-intizamın yaradılması üçün ilk olaraq ölkədə tanınmış şəxslər öz mərasimlərini təşkil edən zaman əhaliyə nümunə göstərməlidirlər. Bu təbəqəyə siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, icra başçıları, nazirlər, o cümlədən tanınmış xadimlər, ziyalılar, incəsənət xadimləri aiddir. Onlar bu məsələdə cəmiyyətə nümunə olmalıdırlar.
Şadlıq evlərində qiymətlərin tənzimləməsinə də münasibət bildirən millət vəkili bunun üçün toy mərasimlərinə aid ümumi qaydaların dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi. Deputatın fikrincə 400-500 nəfərlik məclislər 70-100 nəfərlik məclislərlə əvəz olunarsa bu, toy qiymətlərinin köklü şəkildə dəyişməsinə səbəb olacaq: "Hazırkı şərait toy mafiyasının idarə etdiyi kiriminal şəraitdir. Təəssüf ki, bu gün cəmiyyətimizdə müəyyən kateqoriyaya aid insanlar qonşudan geri qalmamaq prinsipinə əl atırlar”.
"Bu gün Azərbaycan bazar iqtisadiyyatı yolunu seçmiş demokratik ölkədir. Burada tələblə təklif mühüm rol oynayır və toy mərasimləri də müqavilə əsasında həyata keçirilir. Lakin, bunu mədəni və iqtisadi qanunlara uyğun formada icra etmək lazımdır” – deputat belə deyib.
Xatırladaq ki, mətbuatda aidiyyəti qurumların yas mərasimindən sonra şadlıq evlərində də israfçılığın qarşısını almağı düşünmələri haqda məlumatlar yer almaqdadır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi