Təhsili idarə edənlər düşünürmü ki, təhsil niyə bu qədər tənqid olunur? - Vahid Tağıyev yazır
15-12-2025 [00:12]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi.
***
Təhsil bu gün cəmiyyətdə ən çox müzakirə olunan, tənqid edilən sahələrdən biridir. Şübhəsiz ki, bu sahədə həm uğurlar, həm də nöqsanlar var. Tənqidlər artır, narazılıqlar kütləviləşir, nəticədə bəzən müəllim obrazı aşağılanır və istehza hədəfinə çevrilir.
Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, bu qədər genişmiqyaslı tənqidlər fonunda təhsil sisteminin özü, xüsusən də onu idarə edən strukturlar ardıcıl və sistemli mövqe ortaya qoymur.
Təhsil dövlətin gələcəyini formalaşdıran strateji sahədir. Təhsil sadəcə xidmət sahəsi yox, yeni nəslin formalaşması, vətəndaş yetişdirilməsi kimi ağır və məsuliyyətli bir missiyanı daşıyır. Bu sahədə çalışanların cəmiyyət qarşısında nüfuzu qorunmalıdır.
Məsələ tənqidlərin olub-olmamasında deyil. Problem ondadır ki, haqlı və haqsız tənqidlər arasında fərq qoyulmur, ictimaiyyətə aydın izahlar verilmir, nəticədə bütün məsuliyyət birbaşa müəllimin və məktəbin üzərinə yüklənir. Bu isə təhsil sisteminin institusional nüfuzuna ciddi zərbə vurur.
Təhsil sistemində - məktəb direktorundan tutmuş nazirliyə qədər - işini vicdanla, peşəkar şəkildə icra edənlər də var, bacarmayanlar da. Bu, istənilən böyük sistem üçün təbiidir. Amma sual buradan başlayır:
Əsaslı və ya əsassız tənqidlərdə, bəzən açıq-aşkar təhqirə çevrilən ittihamlarda niyə minlərlə təhsil işçisi susur? Niyə bu böyük sistemdən çıxıb “bu, belə deyil”, “hamı eyni deyil”, “ədalətli olaq” deyən olmur?
Məsələn, öz fəaliyyəti ilə məktəbi inkişaf etdirən, kollektiv arasında hörmət qazanan bir direktor və ya nüfuzlu bir müəllim sosial şəbəkələrdə əsassız şəkildə, haqsız yerə hədəfə alınır. O məktəbdə çalışan onlarla müəllim, habelə həmin şəxsi yaxından tanıyan, başqa məktəblərdə işləyən həmkarlar, ictimaiyyət nümayəndələri niyə susur? Region və ya nazirlik səviyyəsində də eyni mənzərə müşahidə olunur. Doğrudanmı bu qədər böyük təhsil sistemində kifayət qədər razı qalan, müdafiə edən, mövqe bildirən insanlar yoxdur?
Şəxsən mən bu suala birmənalı cavab tapa bilmirəm. Axı təhsil işçiləri cəmiyyətin ən böyük və ən savadlı təbəqələrindən biridir.
Bu vəziyyətin yaranmasının mümkün səbəbləri barədə düşünəndə bir neçə məqam önə çıxır:
- Birincisi, geniş ictimaiyyətdə təhsil sistemində məqsəd və hədəflərlə bağlı ciddi məlumat boşluğunun olması. İslahatların mahiyyəti, mərhələsi, gözlənilən nəticələri barədə “Nə edirik?”, “Hara gedirik?”, “Hansı mərhələdəyik?” suallarına müxtəlif səviyyələrdə aydın cavab verə bilən nə qədər insan var?
Nəticədə nəinki cəmiyyətin fəal nümayəndələri, eləcə də lazımı məlumatlara sahib olmayan təhsil işçiləri ictimai müzakirələrdə mövqe bildirməkdə çətinlik çəkirlər.
- İkincisi, zamanla tənqidlərə vaxtında və əsaslandırılmış cavab verilməməsi, susqunluq göstərilməsi çox vaxt nöqsanların etirafı və ya razılaşma kimi başa düşülür. Bu isə narazılığın dərinləşməsinə və tənqidlərin sərtləşməsinə zəmin yaradır.
- Üçüncüsü, uzun illər ərzində yığılan problemlərə idarəetmə səviyyəsində sistemli reaksiya verilmədikdə şikayətlər adiləşir, kütləviləşir. Nəticədə aşağıdan yuxarıya cavabdehlik və məsuliyyət mexanizmləri zəiflədikcə təhsildə idarəetməyə olan inam azalır.
- Dördüncüsü, təhsili idarə edənlərlə kollektiv arasında səmimi, qarşılıqlı etimada əsaslanan münasibətlər zəifdirsə, ümumi mənafe naminə birgə mövqe ortaya qoymaq da çətinləşir.
- Beşincisi, etiraf etməliyik ki, illərlə eyni sahədə çalışan insanlar arasında peşə təəssübkeşliyinin zəifləməsi hiss olunur. Təhsil işçisi bəzən öz sahəsini müdafiə etməyə tərəddüd edir, kənarda qalmağı üstün tutur və s.
- Altıncı, təhsil işçiləri, ictimaiyyətin nümayəndələrinin birgə iştirakı ilə aktual olan müxtəlif mövzularda müzakirələr, dialoqlar, konfranslar və s. işgüzar tədbirlər çox keçirilməlidir. Movcud vəziyyət, perspektivlər və narahatlıq doğuran məsələlərə aydınlıq gətirilməlidir.
Yəqin ki, peşəkar, səriştəli oxucu bu siyahını artıra da bilər. Uzun illərini təhsilə həsr etmiş bir insan kimi bu suallar məni daim düşündürür. Zaman-zaman yazılarla, çıxışlarla həm nöqsanlara, həm də uğurlara münasibət bildirmişəm və bildirirəm. Xatırlayıram ki, bir neçə il əvvəl Təhsil Nazirliyi tənqidlərə daha açıq idi, müzakirələr daha operativ aparılırdı.
Bəzən həmkarlarım deyir: “Deməyin nə faydası var, eşidən varmı?”
Amma mən yenə də düşünürəm ki, bu məsələləri qaldırmaq vacibdir. Bu mövzular ətrafında düşünmək və müzakirə aparmaq təkcə təhsil işçilərinin deyil, bütün cəmiyyətin borcudur.
Sağlam təhsil sistemi üçün açıq dialoq, əsaslandırılmış tənqid və şəffaf mövqe vacibdir. Təhsili susqunluq yox, müzakirə inkişaf etdirir. Bu sahədə çalışanların səsi eşidilməli, müəllim nüfuzu qorunmalı, problemlər gizlədilmədən, amma məsuliyyətlə gündəmə gətirilməlidir.
Çünki söhbət təkcə bu günün yox, sabahın təhsilindən, sağlam təhsil siyasətindən, cəmiyyətlə təhsil arasında etimadın qorunmasından gedir.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər