Ədəbiyyatımızda Qulu Ağsəs dəst-xətti
30-11-2025 [13:36]
Miri Rəsulzadə
***
Həmişə o şeylərdən və o kəslərdən danışıram ki, onlara ürəklə inanıram.
Qədim tarixi, ədəbiyyatı vərəqlədikcə, çox zəngin fikir xəzinəsini göz önünə gətirdikcə, Misirin əzəmətli piramidalarını, Qobustanın qayaüstü rəsmlərini təhlildən keçirdikcə düşünürsən: görəsən, ev tikən, qala quran, daşa, divara şəkil çəkən insan nə vaxtdan musiqi bəstələməyə, şeir yazmağa başlayıb?
Bəlkə də bu keyfiyyətlər insanda paralel olaraq yaranıb. İnsanın təbiətə, əməyə, ətrafdakı canlılara, özünə münasibəti, dərdi, həyatı və ölümü onda dəyişik duyğular əmələ gətirdikcə onun zövqü formalaşıb. Bu isə müəyyən estetik biçimlərin meydana gəlməsinə səbəb olur.
Səsin ritmi sözün, sözün ritmi şeirin, şeirin inkişafı isə musiqinin yaranışını şərtləndirib. Beləliklə, insanda nizam-intizama çağırış, şeirlə, ədəbiyyatla duyğulanmaq sadəliyi, musiqiyə dalmaq zərifliyi yaranıb. İnsanın quş kimi uçmaq, şir kimi güclü olmaq arzusu onu sənətkara, memara, şairə, rəssama çevirib.
İnsan öz taleyini daşa, divara, dəriyə yazıb. Böyük ədəbiyyatın bünövrəsi bəlkə də belə qoyulub.
Bu dəfə sizə ədəbiyyatda mənim üçün xüsusi yeri olan əziz bir insandan - Qulu Ağsəsdən danışmaq istəyirəm. Onun yaradıcılığı insan kimi, bitki kimi canlıdır. Bir az da kövrəkdi, həssasdı, ərköyündü, küsəyəndi. Hərdən də davakardı. Qulu Ağsəs poeziyasının həm də mənəvi çəkisi, ruhu, qəlbi var.
Mən onun yaradıcılığına həyatın şeirlə təfsiri deyirəm.
Şeirlərinin xüsusi aurası var. Oxuyanda başının üstündə indinin adamlarına bənzəməyən dərin və tələbkar bir müəllimin zəhmini hiss edirsən. Onun yaradıcılığı hatiful-qeybdi (qeybdən gələn səsdir). Daxilində müqəddəs yanğı var.
Qulu Ağsəs ömrün Seyid Əzim yaşını tamamlayıb. Bunu deməmək də olardı. Ancaq, məsələ burasındadır ki, Qulu müəllimin şeirləri ilə onun yaşı arasında qəribə bir uyğunluq var. İlk yazdığı şeir Zəfər yaşını keçib. O, öz şeirlərinə çox oxşayır. Şeirləri də ona bənzəyir: hamısı gənc, hərarətli; hamısında nəsə bir narahatlıq var, həyəcan var.
O “mən”ini “biz”in içində əritməyi bacaran adamdır.
Bu illər ərzində onun həyat və yaradıcılığında bir-birindən maraqlı, təsirli şeirlər yaranıb. Demək bu şeirlərin ən böyüyü 45 yaşındadır. Qulu müəllimin şeirlərini oxuyub adi məntiq dili ilə danışmaq mümkün deyil. Hər şeir öz yaşında, hər şeir öz boyunda-buxununda...
Bəlkə adama ona görə belə gəlir ki, şeirlər canlıdır, lal insan kimi canlıdır və mən onları açıq-aşkar görə bilirəm - hardasa daha genişliklərdə, hardasa daha dərinliklərdə; adi dünyadan, adi məntiqdən uzaqlarda.
Bu şeirlər ədəbiyyatımızda elə öz yaşlarındaca qalacaqlar: 30, 35, 45- pozitiv bir gənc kimi...
Qulu Ağsəsin poeziyası ruhumuza çox yaxındır. O, öz dövrünün övladıdır. Səsi amiranə deyil, sadədir, səmimidir. Birbaşa ürəkdən gəlir. Daha çox nəğməyə oxşarı var, bir az da laylaya, nağıla...
Onun kövrək ürəyinin səsini eşitdikcə insan düşünür, arzulayır, xatırlayır və sevinir ki, İlahi, dünyana belə bir şair gəlib.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər