“Manato” və “Azpulmat”ın qanunsuzluğu: telefonda olan məlumatlar təhlükədə! - AÇIQLAMLAR
25-11-2025 [14:04]
Son günlər “Manato” və “Azpulmat” adlı kredit təşkilatları ilə bağlı narahatlıq doğuran hallara dair şikayətlər daxil olur.
Məlumata görə, bu şirkətlər müştərilərin telefonlarında saxlanılan kontaktlara daxil olaraq borclu şəxslərin məlumatlarını əldə edir və həmin nömrələrə zəng edirlər. Məqsəd isə borc barədə digər şəxsləri xəbərdar etməkdir.
Bu hadisə bir sıra hüquqi və texniki sualları gündəmə gətirir: Bu fəaliyyət qanuni sayılırmı? Kredit təşkilatlarının müştərinin telefon kontaktlarına çıxış üçün icazəsi varmı? Və ən önəmlisi, məsələnin kibertəhlükəsizlik riski nə qədərdir?
Hüquqşünas Əli Məmmədov Nocomment.az -a bildirib ki, müştərinin telefon kontaktlarına icazəsiz daxil olmaq və borc haqqında məlumatları yaymaq Azərbaycan qanunvericiliyinə ziddir:
“Müştərinin şəxsi məlumatları qorunur və kredit təşkilatları yalnız qanunla müəyyən edilmiş hallarda və yalnız müştərinin yazılı razılığı ilə bu məlumatlara çıxış əldə edə bilər. Əgər şirkətlər müştərinin məlumatlarını icazəsiz əldə edib yayırsa, bu həm mülki, həm də cinayət məsuliyyətinə səbəb ola bilər. Həmçinin, şəxsi məlumatların yayılması üçün cərimələr və müvafiq hüquqi sanksiyalar nəzərdə tutulub”.
Kibertəhlükəsizlik mütəxəssisi Leyla Quliyeva NOCOMMENT.az-a bildirib ki, müştərinin telefonuna icazəsiz daxil olmaq ciddi təhlükəsizlik problemi yaradır: “Bu cür fəaliyyətlər təkcə şəxsi məlumatların pozulması ilə nəticələnmir, həm də müştəri sistemlərinin virus və digər kiberhücumlara qarşı müdafiəsini zəiflədə bilər. Şirkətlər yalnız xüsusi icazə ilə və qanuni proqram təminatı vasitəsilə borc məlumatlarını idarə etməlidirlər. İcazəsiz giriş həm məlumat təhlükəsizliyi, həm də kibertəhlükəsizlik baxımından ciddi risk yaradır”.
Ekspert qeyd edib ki, borc xatırlatma üçün telefon kontaktlarına icazəsiz daxil olmaq həm qanunsuzdur, həm də kibertəhlükəsizlik baxımından risklidir: “Müştərilər öz məlumatlarının qorunması üçün kredit təşkilatları ilə əlaqə saxlamalı və hüquqi yollardan məlumatların qanunsuz istifadəsinə qarşı tədbir görməlidirlər.”
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi