Trampın Sülh Planı Zelenskiyə hansı aqibəti gətirəcək?! - Elxan ŞÜKÜRLÜ YAZIR
21-11-2025 [19:44]
Elxan ŞÜKÜRLÜ
***
Qərb, eləcə də Ukrayna mediası Trampın Zelenskiyə təqdim etdiyi 28 maddəlik Sülh Planının mətnini yayıb və ona 1 həftə vaxt verildiyini açıqlayıb.
Mətn və məlumat gerçəkdirsə, bu, faktiki olaraq, Putinin müharibənin ilk vaxtlarındakı şərtlərinin əksəriyyətinin qəbul edilməsi, Ukraynanın bölüşdürülməsi və işğalın rəsmiləşməsi deməkdir!
Plana görə, Ukrayna “yüksək təhlükəsizlik zəmanətləri qarşılığında” təkcə Krımdan yox, Donetsk və Luqanskdan da birdəfəlik əl çəkməli olacaq, rus qoşunları isə Xerson və Zaporojyedə tutduqları mövqelərdə qalacaqlar!
Ukraynanın suverenleyi də yalnız sənəd üzərində qalacaq: praktik olaraq, o, tamamilə ABŞ, Avropa İttifaqı və Rusiyadan asılı, gələcək taleyi xarici güclərin əlində olan ərazi halına düşəcək!
Beləliklə, Harvard Universitetinin Araşdırmalar Mərkəzinin professoru, məşhur sosioloq Samuel Hantinqtonun hələ 1996-cı ildə çap olunan “Sivilizasiyaların toquşması və dünya nizamının yenidən təşkili” kitabında göstərdiyi “Bölünmüş Ukrayna” ssenarisi addım-addım gerçəkliyə çevrilir.
Əslində, ABŞ-ın bütün dünya boyu apardığı siyasətin mahiyyətini və Rusiyaya da dünya nizamında hansı rolun ayrıldığını bilən ağıllı başlar, ciddi analitiklər Ukrayna savaşının məhz bu sonluqla yekunlaşacağını öncədən proqnozlaşdırır, deyirdilər.
Hətta başqa bir nüfuzlu amerikalı - Henri Kissincer müharibə başlayan vaxt açıq şəkildə demişdi ki, Ukraynda sülh üçün o, ərazilərinin bir hissəsindən imtina etməli olacaq.
Ancaq təəssüf ki, bütün dünya boyu aparılan təbliğat bu ağıllı başların sözlərini özünü böyük bir yalana inandırmış axmaqlar və boşboğazlar sürüsünün, yalançı vətənpərvərlərin əliylə möhkəmləndirilmiş kütlə şüuru gurultusunda eşidilməz etmişdi!
Budur, son 4 ildə özünü Zelenskinin “Ukraynanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan qəhrəman” olduğuna inandıranlar indi onu hakimiyyətə gətirən biznes şəriklərinin müharibənin qızğın dövründə Ukrayna əsgəri üçün ayrılan vəsaiti necə əclaflıqla mənimsədiklərini, talayıb xaricə daşıdıqlarını heyrətamiz təşvişlə izləyirlər!
ABŞ-ın Ukraynanı meydanda tək qoymayacağına inananlar isə Tramp administrasiyasının bu cinayət faktlarını – korrupsiya ilgəyini indi Zelenskinin xirtdəyinə necə keçirdiyini və onu Putinlə razılaşma üçün necə səylə çalışdığını böyük məyusluq əhvalı, peşimançılıq göz yaşları içərisində seyr edirlər...
Bəli, yayılan Sülh Planı layihəsi, hətta ictimai rəyi yoxlamaq üçün bir sənəd olsa belə, bir daha təsdiqləyir ki, Tramp Amerikası Ukraynanın gələcəyini Zelenski ilə görmür və ona başqa yol da saxlamayıb: o, ya amerikalıların istəyi ilə razılaşmalı və şəxsi təhlükəsizliyinə zəmanət alıb qarşıdakı 100 gün içərisində hakimiyyətdən uzaqlaşmalı, ya da cəsarətlə bu razılaşmadan imtina edərək, bütün bu cinayətlərdə əlinin olmadığını 4 ildir övladlarını qurban vermiş Ukrayna cəmiyyətinə sübuta yetirməli və Rusiya ilə sonadək vuruşmağı, ölməyi seçməlidir!
2015-ci ilin "Minsk razılaşması"na imza atan Poroşenkonu Ukrayna cəmiyyəti, az qala, vətən xaini qismində görmüşdü və ona yenidən etimad göstərməmişdi.
Görək, indidən "Ukraynanın kapitulyasiya aktı" adlandırılan Trampın Sülh Planı Zelenskiyə hansı aqibəti gətirəcək?!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər