10-09-2014 [20:18]
Bu gün Prezident İlham Əliyev Cənubi
Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və
digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin
daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında daha bir fərman verib.
Mia.az-ın məlumatına görə, fərmanda deyilir ki, Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər
daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli
həyata keçirilməsi üçün aşağıdakı xidmətlərin dövlət və ya bələdiyyə orqanları
tərəfindən mobil "ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini
2014-cü il sentyabrın 20-dən etibarən təşkil etsin:
1.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
1.2. notariat fəaliyyəti;
1.3. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
1.4. daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı "Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan
bütün xidmətlər;
1.5. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
1.6. torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin
yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı
arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;
1.7. müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində
olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə
razılıq verilməsi;
1.8. müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər
daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;
1.9. müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə,
istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Milli Arxiv İdarəsinə,
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müvafiq torpaq sahələrinin
və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli icra hakimiyyəti
orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, 2014-cü il
sentyabrın 20-dək:
2.1. bu Fərmanının 1-ci hissəsində göstərilən xidmətlərin səyyar formada həyata
keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil "ASAN xidmət” nəqliyyat
vasitələrində onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki və
informasiya resursları ilə təmin etsinlər;
2.2. səyyar xidmətə təyin edilən əməkdaşlarının operativlik, şəffaflıq, nəzakətlilik,
məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərmələrini təmin
etsinlər.
3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və
Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil "ASAN xidmət” nəqliyyat
vasitələrində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri
arasında əlaqələndirməni təmin etmək məqsədi ilə 2014-cü il sentyabrın 20-dək həmin
nəqliyyat vasitələrini rabitə kanalları ilə təmin etsinlər.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan
səyyar xidmətlərin təşkili ilə bağlı işlərin gedişi barədə "Azərbaycan təbii
qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli
15 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına mütəmadi olaraq məlumat
versin.
5. Bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Dövlət Komissiyası bu Fərmanın
icrasına nəzarəti həyata keçirsin və görülən işlərin yekunu ilə bağlı Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi