Narazı pensiyaçıların nəzərinə

img

10-09-2014 [13:08]


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İsmayıllıda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşəcək. 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Elman Mehdiyev 17 sentyabr tarixində, saat 11:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində qəbul keçirəcək. 

Qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcək. 

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA