09-09-2014 [13:56]
İmişli rayon sakini, 2-ci qrup əlil Nərimanov Mübariz Qaraş oğlunun başına "İlkin Kİ” MMC tərəfindən gətirilən oyundan və Mübariz Nərimanova məxsus əmlakın vətəndaşın xəbəri olmadan "İlkin Kİ” MMC tərəfindən Kredit İttifaqları Agentliyinə girov qoyularaq,ə 75 min manat kreditin alınması prosesində yaşananlar təəccüb doğurur.
Xatırladaq ki, Mübariz Nərimanov ölkə prezidenti İlham Əliyev başda olmaqla, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət göndərərək "İlkin Kİ” MMC-nin onun əmlakını xəbərsiz girov qoyub, 75 min götürməsi haqqında məlumatlandıraraq, ölkə rəhbərliyindən kömək istəyir.
Qeyd edək ki, ölkənin hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsindən sonra ötən gün, yəni sentyabrın 3-də Mübariz Nərimanovun mənzilinin sənədi özünə qaytarılıb. Mübariz Nərimanovun evinin sənədi necə qaytarıldı?
Mübariz Nərimanov redaksiyamıza "İlkin Kredit Agentliyi”-nin İdarə heyətinin sədri Arif Əliyevin imzası ilə İmişli rayon Dövlət Notariat Kontoruna göndərdiyi məktubu da təqdim edib. Məktubda deyilir: " Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Təşkilatı (İKA) sizdən xahiş edir ki, İmişli rayonunda fəaliyyət göstərən "İlkin Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 30.01.2012-ci il tarixli 7 saylı kredit müqaviləsinin təminatı olaraq İmişli şəhəri, M.Əsədov küçəsi, ev 18 ünvanında yaşayan vətəndaş Mübariz Qaraş oğlu Nərimanov ilə bağlanmış 30.01.2012-ci il tarixli 7/3 saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş ona məxsus İmişli şəhəri, M.Əsədov küçəsində, mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 36,8 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evini yüklülükdən azad edəsiniz”. Maraqlıdı Arif Əliyev cənabları bu məktubu ilə açıq şəkildə vətəndaş M.Nərimanovun əmlakının "İlkin Kİ” MMC tərəfindən girov qoyulduğunu və verilən ipotekanın vaxtında ödənmədiyini əsas gətirərək əmlak üzərində yüklülük gətirildiyini təsdiqləyir. Amma maraqlı olan məsələ ondan ibarətdir ki, vətəndaş M.Nərimanov 2011-ci ildə 6 min manat kreditin alınması ilə bağlı "İlkin Kİ” MMC-yə müraciət edərək aldığı krediti ödədikdən sonra, yenidən ona kredit verilməsi üçün müraciət edib. Müraciətin ardından əmlakı girov qoyulmaq şərti ilə ona kredit verilməsi ilə bağlı müqavilə təqdim olunur. Ancaq "hələlik İKA tərəfindən kredit ayrılmayıb, gözlə” deyilib. Maraqlıdır ki, bu cavaba rəğmən, M.Nərimanovun əmlakı ondan xəbərsiz İKA-ya girov qoyularaq 75 min manat kredit tranşı açılıb. Bunu kimin və necə etməsi də çox maraqlıdır.

Digər bir maraqlı məqam ondan ibarətdir ki, M.Nərimanovun evi girov qoyularaq götürülən 75 min manat kreditdən 1 manat belə M.Nərimanova verilməyib. Amma onun adına alnan 75 min manat vəsait vaxtında geri qaytarılmadığı üçün İKA M.Nərimanovun əmlakına həbs qoyulması ilə bağlı göstəriş verir. Arif Əliyevin son məktubu da göstərir ki, "İlkin Kİ” MMC həmin 75 min manat krediti bağladığı üçün M.Nərimanovun əmlakının həbsdən azad edilməsi haqqında Arif Əliyev müvafiq orqanlara məktubla müraciət edib.

Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, "İlkin Kİ” MMC və MMC-nin İdarə heyyətinin sədri İlkin Əhmədov məsələni o qədər gözəl düzüb-qoşub ki, M.Nərimanov mənzili girov qoyulmasına və qoyulan girov qarşılığında götürülən 75 min manat vəsaitdən bir manat belə kredit almadığı halda, adına olan kreditin kimlər tərəfindənsə ödənilməsidir.

Görünür atası Əyyub Əhmədovun uzun illərdi "Avroinvest” Kİ MMC-nin İdarə heyətinin sədr təcrübəsindən oğlu İlkin Əhmədov nəyi var yararlanıb və bu "təcrübəni” də məhz M.Nərimanovun üzərində həyata keçirib(Veteninfo.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi