Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara dərəcələr verdi - SİYAHI

img

08-09-2014 [16:51]


Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Qeyd edək ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 08.08.2014 - 08.08.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:

1."JW Marriott Absheron Baku" mehmanxanası (5 ulduz),
2. "Kempinski Hotel Badamdar Baku" mehmanxanası (5 ulduz),
3. "Caspian Sea Resort" mehmanxanası (5 ulduz),
4. "Şah" mehmanxanası (4 ulduz),
5. "Alp İnn" mehmanxanası (4 ulduz),
6. "Emerald" mehmanxanası (4 ulduz),
7. "Viləş Palace" mehmanxanası (4 ulduz),
8. "Meşəbəyi" istirahət mərkəzi (4 ulduz),
9. "Austin Butik" mehmanxanası (3 ulduz),
10. "Arena" mehmanxanası (3 ulduz),
11. "Rigs" mehmanxanası (2 ulduz).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA