İşsiz və işaxtaran vətəndaşların nəzərinə - ƏƏSMN yarmarka keçirir

img

08-09-2014 [15:43]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikanın regionlarında işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkalarını davam etdirir. 

Mia.az nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu həftə ƏƏSMN tərəfindən növbəti Əmək yarmarkalarının sentyabrın 10-da Zaqatala və Bərdə, sentyabrın 11-də Balakən, sentyabrın 12-də isə Ağdam, Lerik, Biləsuvar və Abşeron rayonlarında keçirilməsi nəzərdə tutulur. Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara, habelə kvota üzrə iş yerləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə təqdim olunacaq. Aktiv məşğulluq tədbirlərində peşə hazırlığı və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən vətəndaşlar qeydə alınacaq.

Qeyd olunan rayonların Məşğulluq mərkəzləri tərəfindən  yarmarkalara hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatların toplanması işi aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA