Nazirlik 1957 pozuntu aşkar etdi - Rəsmi

img

05-09-2014 [12:34]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin avqust ayı ərzində idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1957 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub. 

Bu barədə Mia.az-a nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat daxil olub. Bildirilib ki, aşkar olunmuş hüquq pozuntularının böyük əksəriyyəti özəl sektora aid müəssisələrdə qeydə alınıb. Həmçinin təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verdiyi məlum olub. Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələr tətbiq edilib. Son bir ayda cərimələr üzrə dövlət büdcəsinə ödənilən məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 18,3 dəfə çox olub. 

DƏMX tərəfindən bu istiqamətdə aparılan işlərdə əsas məqsəd vətəndaşların əmək hüquqlarının təmin olunmasına münasibətdə işəgötürənlərin məsuliyyətinin artırılmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA