Qarabağdan sonrakı dövrün strateji problemləri…
08-10-2025 [09:55]
Samir Feyruzov
***
Azərbaycan 30 il ərzində bütün dövlət siyasətinin mərkəzinə çevrilmiş bir problemi - Qarabağ məsələsini tarixin aktiv fazasından çıxarmağa nail olub. Lakin Qarabağ probleminin həlli ölkənin strateji gündəliyini dəyişməklə yanaşı, yeni strateji reallıqları və riskləri də üzə çıxarmış oldu. Qarabağ problemi ölkənin varlığını təhdid edən əsas strateji məsələ idisə, bu gün onun yerini Qarabağ məsələsi qədər dərin problemlər tutmaqdadır.
“Post-münaqişə dövrü”ndə Azərbaycanın strateji prioritetlərinin mərkəzindəki məsələlərdən bir neçəsinə baxış:
1. İdeoloji vakuum…
Qarabağ məsələsi uzun illər xalqı birləşdirən milli ideya rolunu oynayırdı. Bəs, bu gün hansı ideologiya həmin boşluğu doldurur? Bu, Azərbaycanın ideoloji vakuumu ilə bağlı çox səthi şəkildə müzakirə olunan və yaxud müzakirə olunmayan məsələlər sırasında yer alır. Halbuki qələbə emosiyasının dayanıqlı milli ideologiyaya çevrilməsi əsas strateji məsələlərdən biri olmalı idi. Bəli, “türk dünyası ilə birləşmə və milli kimliyin dərinləşməsi” prosesini bu ideoloji boşluğu dolduran əsas faktorlardan biri hesab etmək olar. Lakin kənar ideoloji-siyasi cərəyanların, eləcə də radikal təriqətlərin ölkədə mütəşəkkil şəkildə güclənməsi bu ideoloji boşluğun doldurulmasına, milli mobilizasiyasının yaranmasına və milli kimliyin dərinləşməsinə qarşı əsas təhdiddir. Əgər biz İran ideologiyasının təsirini azaldırıqsa, o zaman digər kənar təsirlərin ölkəyə sürətli axının da qarşısını almağı bacarmalıyıq. Hər kəs bu boşluğa soxulmamalıdır. Əks halda, toplananların yeri dəyişsə də, cəm - nəticə dəyişməyəcək. Əslində Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə inauqurasiya (andiçmə) nitqində “ideoloji risklər”, “ideoloji bütövlük” kimi ifadələri işlətməklə mühüm tarixi tezisləri, yeni riskləri və reallıqları önə çəkmişdi. O, ölkənin birinci şəxsidir, hər kəsdən çox məlumatlıdır, ölkənin suverenliyinin memarıdır, deməli, onun heç bir ifadəsi təsadüfi ola bilməz. Bu gün tarixi-ənənəvi ideologiyanın çıxdaş edilməsi kənar ideologiyaların Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyətinin, ədəbiyyatının, dövlətçilik prinsiplərinin hədəfə alınması ilə nəticələnir. Artıq sosial şəbəkələrdə radikal şəbəkələrin rəhbərləri bütün bu addımlardan çəkinmirlər. Milli kimliyimizin-türkçülüyün dərinləşməsini əsas ideoloji-milli birliyin əsas faktoru kimi qəbul ediriksə, o zaman yad təriqətlərin ölkədə kosmik inkişafının da qarşısı alınmalıdır. Dünənə qədər yad dəyərlərdən söhbət gedərkən, əsas təhlükə ailə institutlarının və ictimai münasibətlər sisteminin dağıdılmasında idi - Qərb dəyərləri bu rolun mərkəzində dayanırdı. Bu gün isə daha mürəkkəb və strateji təhdid formalaşıb: ölkənin idarəçilik fəlsəfəsinə zidd, sistemli şəkildə formalaşan və özlərini sələfi adlandıran vəhhabilik... Onun məqsədi yalnız ideoloji təsir göstərmək deyil, həm də sosial və siyasi strukturlara nüfuz etməklə uzunmüddətli destabilizasiya yaratmaqdır.
2. Xəzər məsələsi…
Xəzər Azərbaycanın enerji strategiyasının ürəyi olmaqla yanaşı, həm də böyük güclərin tarixi maraqlarının kəsişdiyi nöqtədir. Xəzər məsələsi “post-münaqişə dövrü”ndə Azərbaycanın strateji prioritetlərinin mərkəzində olmalıdır. Təsəvvür edin, Azərbaycanın qaz və neft ixracının 90%-ə qədəri Xəzər hövzəsindən çıxarılır. Orta Dəhliz Xəzərdən keçir. 2018-ci ildə Xəzərin hüquqi statusuna aydınlıq gətirilsə də, dənizdəki sərvətlərə çıxış, nəqliyyat marşrutları və ekoloji məsuliyyət məsələləri hələ də tam həll ediməyib. Hətta bu ili sentyabr ayında Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinin vacibliyindən danışmışdı. Xəzər sürətlə kiçilir. Digər tərəfdən, Rusiya və İranın Xəzərdə güclənməsi heç kəsə sirr deyil. Xəzər iqtisadi sabitliyin əsas dayaqlarından biri olsa da, risklər də yaradır.
3. Qarabağın reinteqrasiyası…
Qarabağın reinteqrasiyası torpaqların işğaldan azad edilməsi qədər əhəmiyyətlidir. Bu istqiamətdə mühüm işlər həyata keçirilib. Lakin əhalinin oraya köçürülməsi, infrastrukturun bərpası, iş yerləri və real iqtisadi həyatın qurulması hələ də əsas strateji çağırışlardandır. Hazırda qarşıda duran əsas strateji hədəf əhalinin oraya köçürülməsi, iş yerlərinin yaradılması və yerli iqtisadiyyatın dirçəldilməsidir. Amma bu məsələyə düşüncə tərzində dəyişiklik olmadan yanaşmaq mümkün deyil. Qarabağın bərpası təkcə “qarabağlıların öz torpaqlarına qayıdışı” ideyası ilə məhdudlaşmamalıdır. Bu bölgə milli miqyasda cəlbedici sosial-iqtisadi zona kimi formalaşmalıdır. Yəni, Qarabağ elə bir inkişaf mərkəzinə və elə bir cəlbedici zonaya çevrilməlidir ki, təkcə Füzulidən, Cəbrayıldan, Ağdamdan, Laçından olanlar deyil, Bakıdan, Gəncədən, Qubadan, Şamaxıdan və s. olan insanlar da orada öz gələcəyini qurmaq istəsin. Belə olarsa, Qarabağ sadəcə bir region deyil, “ümummilli yenidənqurma modeli” kimi çıxış edə bilər. Cəmiyyətdə bəzən səslənən “Qarabağlılar gedib öz yerlərində yaşasınlar” kimi düşüncələr strateji baxışdan uzaq, qısır yanaşmadır. Dövlətin baxışı bundan qat-qat geniş olmalıdır. Reinteqrasiya uğurlu ola bilərsə, bu, həm də Azərbaycanın regiondakı güc mərkəzi rolunu daha da möhkəmləndirəcək. Yəni söhbət yalnız bərpadan deyil, yeni inkişaf fəlsəfəsinin qurulmasından gedir - bu fəlsəfə Qarabağı həm iqtisadi, həm də ideoloji baxımdan ölkənin gələcək modelinə çevirməlidir.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər