Sumqayıt və Balakən İcra Hakimiyyətləri ilə bağlı yoxlama qərarı

img

04-09-2014 [18:20]


Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Palatanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğuna dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərinin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına, dövlət büdcəsindən Bakı şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə və Neftçala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA