Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
30-09-2025 [14:48]
Zahid Oruc,
Millət vəkili
***
Müqəddəs sentyabrda-Qurtuluş savaşımızın başladığı, Xankəndi Zəfəri ilə başa çatdığı bir ayda BMT baş Assambleyasının 80-ci sessiyasında İlham Əliyevin çıxışı Qələbəmizin 5-ci ilinin təqdimatı, dünya miqyasında legiitmliyinin təsdiqi oldu.
Sovetlər Birliyindən sonra 1991, 92 və 93-cü illərdə ölkəmiz o tribunada təmsil olunmadı. Heydər Əliyevin liderliyi ilə 1994-cü ilin 29 sentyabrında-rəmzi olaraq, Vətən müharibəsi ilə eyni vaxtda, müstəqillik tarixmizdə ilk dəfə, ən yüksək kürsüdən dünyaya müraciət olundu. Ulu öndər o vaxt uzaqgörənliklə deyirdi, sitat:”azğın millətçilik və separatizmin qarşısı alınmasa, dünyada təhlükələr artacaq”. Heydər Əliyev hər zaman olduğu kimi, beynəlxalq təhlükəsizlik sisteminin böhranını qabaqcadan görürdü. Tarixi paralel apardıqda elə bil, dünya Azərbaycanın 90-cı illərini yaşayır, ölkəmizsə o mərhələni aşıb, 30 il qabağa keçib.
O vaxt məğlub, indi qalib, o vaxt 1 milyon köçkünü olan, indi isə dünyada sayı 131 milyona qaçıqlanrın siyahısından çıxan, o vaxt humanitar yardımlara ehtiyac duyan, indi donor dövlətə çevirlən Azərbaycan rəhbərinin çıxışı siyasi manifest, hətta tribunal idi.
Qalib dövlət başçısının dili qalibin humanizminə söykənirdi, İrəvana şərtsiz təslimiyyət təklif etmirdi, regional sülh və ədalətli dünya quruculuğu proqramı irəli sürürdü.
Azərbaycan dövlət başçısı BMT tribunasında yalnız öz səsini yüksəltmirdi, əzilən, lakin sonda qalib gələn xalqların vahid lideri kimi danışırdı.
BMT qətnamələrini yerinə yetirdiyi üçün Baş katib Quttereş Azərbaycana təşəkkür və bizi təbrik edə bilərdi. Lakin bizim ən böyük mükafatımız qələbəmizin legitimliyinin ABŞ və beynəlxalq aləmdə tanınmasıdır.
Baş Assambleyanın 5 gün davam edən sessiyasında dünya liderlərinin çıxşları yeni müharibələrin anonsu kimi səslənirdi. Lakin tariximizdə ilk dəfə, Azərbaycanın taleyi yad dövlətlər tərəfindən deyil, özü tərəfindən həll olunur.
İkinci dünya müharibəsinin qurbanı sayılan və Xolokosta uğrayan yəhudilərə İsrail dövlətini qurmaq haqqı verildiyi halda, bu gün eyni tribunada, onun özünü ittiham obyektinə çevirirlər. Çünki qurban olmaq əbədilik toxunulmazlıq statusu vermir. Lakin azərbaycanlılar keçmişin qurbanı olsalar da bu günün qalibidirlər. Özü də yalnız hərbi deyil, həm də etik və ləyaqəli qələbənin sahibirilər. Çünki indi Yaxın Şərq və qonşu dövlətlərin apardığı müharibələrlə müqayisə etdikdə görünür ki, düşmənçiliyə baxmayaraq, azərbaycanlılar erməniləri yer üzündən və Qafqazdan silmək amalı ilə savaş aparmadı.
Ona görə də Cənubi Qafqazda sülh bərqərar edilsə, qlobal təhlükəsizlik və barışa töhvə olacaq.
Ona görə də təklif edirik ki, BMT-nin növbəti konfransı Şuşada keçirilsin. Çünki işğal nəticəsində qəbul edilən qətnamələri Quruculuq və Qayıdış aktları ilə əvəzləməyin vaxtıdır.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər