Heydər Babayev Bakıdakı sonuncu obyektərini də satdı

img

04-09-2014 [12:07]


Vəzifəsindən alındıqdan sonra Londona daşınan, eyni zamanda, Bakıda da ilin bir müddətini keçirən sabiq iqtisadi inkişaf naziri Heydər Babayev ölkə ilə birdəfəlik üzlüşmək qərarına gəlib. JAM.AZ-a daxil olan məlumata görə, Heydər Babayev bu məqsədlə sonuncu gedişlərini edərək, İngiltərədə məskunlaşmağa nail olub. 

Məlumatda deyilir ki, sabiq nazir Bakıdakı sonuncu obyektərini də satmağa nazil olub. Belə ki, onun nazir olduğu dönəmdə qardaşının adına yaratdığı tikinti şirkətini və şəhərin mərkəzində olan bir neçə dükanlarını sataraq, prosesi yekunlaşdırıb. Eyni zamanda, Babayev üçün ən ağır məsələlərdən biri olan zavoduna müştəri tapmasıdır. 

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, sabiq iqtisadi inkişaf naziri məhsul istehsalı ilə məşğul olan zavodunu movcud dəyərindən daha ucuza satmaqla "problemdən” xilas olub. Bunun ardından isə onun yekun olaraq İngiltərəyə daşınacağı və orada yaşayacağı qeyd edilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA