Neft Fondundan yeni məlumat

img

03-09-2014 [12:32]


2014-cü il sentyabrın 1-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 105 802 milyon dollar daxil olub.


Bu barədə Mia.az-a ARDNF-dən məlumat daxil olub. Bildirilib ki,  AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb.  Blokun təsdiq edilmiş neft ehtiyatları təqribən 1 milyard tondur.

ARDNF-dən bildiriblər ki, 2014-cü ilin yanvarın 1-dən sentyabrın 1-dək AÇG layihəsi çərçivəsində Fonda 10 770 milyon dollar daxil olub.

1999-cu ildə yaradılan ARDNF-nin həmin vaxt aktivləri 271 milyon dollar olub. 2014-cü il aprelin 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 36 618,4 milyon dollar təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA