"Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar..." - Zahid Oruc yazır
09-09-2025 [16:19]
Zahid ORUC,
STM-in rəhbəri, millət vəkili
***
İlk olaraq, növbədənkənar iclas çağırmaq qərarını alqışlayırıq, təşəbbüsün yüksək dövlətçilik mövqeyinizdən irəli gəldyini, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə parlament hakmiyyətinin töhfəsi kimi dəyərləndiririk...
2003-cü ilin avqustunda Ulu öndər Heydər Əliyevin tarixi missiyasını qəbul edən İlham Əliyev düz 22 il sonra məhz həmin ayda Ağ Evdə növbəti tarixi uğurlara imza ataraq, Kürəkçaydan Bişkek protokollarına qədər davam edən itkilər silsiləsinə son qoydu, yeni qalib Yüz ili başlatdı.
Vətən müharibəsində Qələbəmiz olmasaydı, Vaşinqton görüşləri gerçəkləşməzdi. Ölkəmizi dünya gündəliyinə çıxaran Qurtuluş savaşımızdır. 8 avqust Zirvəsi 8 noyabr Zəfərinin nəticəsi və davamıdır, diplomatiyada qazanılan Şuşa yüksəkliyidir. Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən, demək. Ali Baş Komandansa sübut etdi ki, O, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı.
90-cı illərdə biz ən geri düşən ölkə olduq, indi isə Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir. İki ay öncə başlayan 12 günlük İsrail-İran müharibəsi, 4 ildir davam edən Rusiya-Ukrayna və nəhayət, Fələstin dəhşətinin fonunda dövlətimizin uğurları daha parlaq görünür.
17 il əvvəl məhz 8 avqustda Rusiya tankları Poti limanında lövbər salanda da İlham Əliyev Qafqazı xilas etmişdi, çoxları risq etməyəndə 5 dövlət başçısına Gəncədən Tiflisə getməyə yol açmışdı. 2025-ci ilin avqustun 8-də isə Ağ Ev razılaşmaları təkcə iki dövlətin deyil, bütövlükdə regionun taleyi, eləcə də dünyada mövcud müharibələrin ədalətli həlli üçün bir örnəkdir. İndi dünyada 61 dövlətlərarası aktiv münaqişə, 122 milyondan çox məcburi köçkün və qaçqın var. O siyahıdan çıxan tək ölkə bizik.
Vaşinqtonda paraflanan və 11 avqustda açıqlanan sülh müqaviləsi layihəsində bir cümlə də olsun Qarabağ sözü yoxdur, etnik ermənilərin geri qayıdışına dair tələblər irəli sürülmür, tam əksinə, Qələbəmizin legitimliyi qəbul edilir.
Nəhayət, Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi-Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsil müstəqillik hadisəsidir. Gerçək azadlıq belə olur, cənablar! Son 30 ildə heç bir təşkilat fəaliyyətinə könüllü xitam verməyib. Mənə elə gəlir ki, SSRİ-nin dağılması yalnız indi başa çatır. Tam və qəti qələbədən əsil müstəqillik və suverenlik doğulur. Ona görə də İlham Əliyev 21-ci əsrin milli azadlıq hərəkatının və qalib Xalqın lideridir.
İmzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək. Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sag olsaydılar, onların portreti altında prezidentə yol göstərənlərə deyərdilər-İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir.
Ağ Ev Zirvəsinin nəticələrini 100-dən çox dövlət, 10-larla beynəlxalq təşkilat alqışlayıb, deməli, Qələbəmizi onlar da tanıyıblar.
Vaşinqton görüşünün ən böyük uğurlarından biri də onun məxfi, uzun illər regionda böyük kəşfiyyat şəbəkələri olan dövlətlərdən gizli aparılmasıdır. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsini bir daha xatırlayanda, sui-qəsdlərsiz sülhü qazanmaq böyük nailiyyətdir.
Beləliklə, Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də çoxəsrlik Qarabağ savaşını bitirdi. Bəli, Qafqazın ən uzunömürlü müharibəsi tarixə qovuşdu. Bölgəni daima konfliktlərlə idarə edən, fobiyalarla yönəldənlər “Əliyevin sülh müqaviləsi”nin qarşısını ala bilmədilər.
105 il əvvəl Vudro Vilsondan 143 min kvadrat km-lik Ermənistanın sənədini alan, onu Atatürk Cümhuriyyətinə qarşı silaha çevirən erməni liderlərindən fərqli olaraq, Paşinyan 29 min kvadrat km-lik dövlətini ABŞ rəhbərlərinə deyil, Azərbaycan prezidentinə tanıtmağı yeganə xilas yolu sayır. Fərqi görün və sual edin, tarixdə İrəvanın taleyi Bakıda nə vaxt belə həll olunub?
Qarabağın qlobal gündəlikdən çıxması əsrlərdir savaşlara xərclənən sərvətlərimizi yeni Vətən quruculuğuna, Böyük Qayıdışa yönələcəyini deməyə imkan verir.
20 sentyabrda İrəvanda hakimiyyəti devirmək üçün Xankəndini könüllü tərk edəndən sonra son 300 ildə ilk dəfə erməni məsələsi Azərbaycanın coğrafi hüdudlarından kənara çıxarılıb, milli dövlətimizi dağıdan mina və beynəlxalq təzyiq aləti kimi rolunu itirib.
Prezident əl-Ərəbiyyə televiziyasına dedi, sitat-biz Ermənistanla düşmənçiliyə son qoyduq, indi sülhü inşa edəcəyik! Gəlin, nə qədər çətin olsa da xalqlarımızı barışa hazırlayaq. Etimad mühitinin quruculuğu üçün yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılacağına inanırıq.
Qoy millətlər zülmətdən qurtulsun, evlərə, ocaqlara dinclik və əmin-amanlıq gəlsin. Tam və qəti qələbəmiz mübarək olsun!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər