İndi ac olanlara kişi deyən tapılmır... - Təbriz VƏFALI YAZIR
22-08-2025 [09:01]
Təbriz VƏFALI
***
Vallahi də, billahi də indiki dovran gördüyümüz o dövran deyil. Zəmanə çox dəyişib, eləməyib tənbəllik, insanları da çox dəyişdirib.
Ax, zəmanə, zəmanə. Görüm, üzün qara olsun. Elə dəyişmisən ki, qədimi adət-ənənələrimizi, ailə dəyərlərimizi bizə unutdura-unutdura ucsuz-bucaqsız çöllərdə bizi ünyetməz yerlərə sürükləyə-sürükləyə aparırsan.
Hə, onu deyirdim axı, bizim dövran başqa dövran idi. Bizim dövranımızda “Ac ol, kişi ol” deyirdilər. Yəni, halal zəhmətinlə, alın tərinlə, namusunla qazandığın pulla özünü, ailəni yarıac, yarıtox dolandırsan da, kimsə sənə “gözünün üstündə qaşın var” deyə bilməzdi.
Amma indi zəmanə elə dəyişib ki, “ac olanlar”a kişi deyən tapılmır. Hələ müasir dövranın yazılmamış qanunlarına görə, “pulun olsun, kişi ol” ideologiyası insanların beyninə yeridilir, pulsuzlara, aztəminatlılara sanki lazımsız, bir işə yaramayan əşya, barsız ağac kimi baxılır.
Baxırsan ki, birisi fəhlə işləyir, müəllim işləyir, yaxud, adi bir işçidir, quru maaşa baxır. Di gəl ki, başda zənəni olmaqla, qohum-əqrəba bu yazığa gün verib, işıq vermirlər.
400-500 manat maaş alan, digər qazanc yeri olmayan, “qaz vurub qazan doldurmayan”, ailəsini güc-bəla ilə dolandıran, əksər meyvələrə, ət yeməklərinə və ən dadlı təamlara tamarzı qalan övladlarının üzünə başı dik baxmağa utanan, pulsuzluqdan sıxılan, gecələr yatağına qor dolan, fikirdən yata bilməyən ərdən brilyant zinət əşyası, almaz qaşlı üzük və sair istəyən və istədiyini almaq üçün iki ayağını bir başmağa dirəyən, Nuh deyib peyğəmbər deməyən, ayağını yorğanına görə uzatmayan zövcənin insafı ərşə çəkilir. Qadının qızıl və zinət əşyalarına tamah salması nəticəsində ailədə mehribançılıq, ailə dəyərləri məhv olur, övladlar psixoloji travma alır, evlilik qorxusu uşaqların canını vəlvələyə salır, onların kürklərinə birə düşür.
Hərdən papağımı qabağıma qoyub fikirləşirəm ki, əgər qadın bahalı zinət əşyasına sahib olsa, onu taxsa hansı dağı dağ üstünə qoyacaq?
Onsuz da qiymətləri dəvənin belində olan ərzaq məhsullarını, ayaqqabı və geyim məhsullarını satın almaqda zorlanan ailə başçılarını digər tərəfdən də toylar və yaslar soyub-talana çevirir.
Bir sözlə, pulsuzluğa görə qüruru incidilən, alçaldılan insanı doğulmağına, evlənməyinə, ailə və uşaq sahibi olmağına peşiman edirlər. İndi bilmirsən cavanlara “evlən” deyəsən, yoxsa “evlənmə, amandır” deyəsən. Qalırsan iki daş arasında ki, nə edəsən, necə edəsən, ki nə şiş yansın, nə kabab. Yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal...
Yeri gəlmişkən, bu ilin 6 ayı ərzində qeydə alınan 10 min 350 boşanma halının baş verməsində ailələrdəki iqtisadi-sosial sıxıntılar, qadınların maddi istəkləri və sair əsas rol oynayıb.
Ona görə də bər-bəzək, daş-qaş dalınca qaçmağa çalışanlara üzümü tutub deyirəm ki, sizi də bir ata əkib, bir ana doğub. Siz də bu günün, gələcəyin anasısınız. Maddi istəklərinizin üstündən xətt çəkməsəniz, gələcəkdə dağılan ailələrdə biri də sizinki olacaq. Boşanandan sonra, himayənizdə olan azyaşlı uşaqlarla dolanmağınız çətinləşəndə, el-obanın qınağına tuş gələndə hər şey gec olacaq. Bir ömür ehtiyac içində yaşayacaqsınız. Uşaqlarınızın istəklərini, arzularını yerinə yetirə bilməyəcəksiniz. Maddi istəkləriniz başınıza qaxınc olacaq. Uşaqlarınız böyüyəndə, ailə quranda sizi tərk edəcək.
Sizə, bu lazımdırmı?
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər