Övlad mənimdir, qağa, oxutmuram, əl çəkin… - Təbriz VƏFALI YAZIR
18-08-2025 [09:08]
Təbriz VƏFALI
***
Dilim-ağzım qurusun, əgər yalan deyirəmsə. Haşa, canımdan çox sevdiyim ölkəmə şər-böhtan atmaq kimi fikrim yoxdur.
Amma canım üçün Azərbaycan bəlkə də dünyanın yeganə dövlətidir ki, bizim məmləkətin təhsil sistemindən baş açana sorğusuz, sualsız 1 milyon 400 min dollarlıq Nobel mükafatı vermək lazımdır. O qədər qəliz və əndrabadi təhsil sistemimiz var ki…
İşdi-şayəd, fələyin gərdişindən baş açan, zamanın ələyindən ələnən ağıllı əcnəbini Azərbaycana gətirib bizim təhsil sistemi ilə tanış etsən, 2-3 günə qalmaz dəli-divanəyə dönər, “asta qaçan namərddir” deyib tüpürər dabanına, güllədən daha sürətli götürülər, Yamayka dövlətinin yüngül atleti, 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltun dünya rekordunu üstələyər, 100 metrlik məsafəni 9,58 saniyədən tez qaçaraq uça-uça gedər öz ölkəsinə və bizim əyalətə yenidən ayaq basmağa tövbə edər.
Nə isə, keçək əsas mətləbə.
Bu ilin iyulun 25-də Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı hər hansı bir məsələ hazırda gündəmdə deyil: “Təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir”.
Amma həmin müşavirin açıqlama verdiyi gündən cəmisi 20 gün sonra, yəni, avqustun 14-də Azərbaycan Tibb Universitetində 2025-2026-cı il tədris ili üçün təhsilhaqqı “Tibb” ixtisası üzrə 2 min manat artırılaraq 6500 manata, “Stomatologiya” ixtisası üzrə isə 2 min artırılaraq 6 min manata çatdırılıb.
Bahalaşmadan danışmışkən, Bakı Dövlət Universitetində 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb. Artım isə 100-500 manat aralığındadır. Adıçəkilən təhsil müəssisəsində ən bahalı ixtisaslarından biri olan “hüquqşünaslıq” üzrə məbləğ 4500 manatdır.
ADA Universitetində “Biznesin idarəedilməsi üzrə magistr proqramı” üzrə ixtisas üzrə təhsilhaqqı 8500 manat müəyyənləşdirilib.
Hələ musiqi sənəti üzrə ixtisaslarda, məsələn, “Dirijorluq”, “Bəstəkarlıq”, “Vokal sənəti” və “İnstrumental ifaçılıq” ixtisaslarında illik təhsil haqqı nə az, nə çox 9000 manatdır. “Dekorativ-tətbiqi sənət” (sahələr üzrə), “Heykəltəraşlıq”, “Rəngkarlıq” ixtisasının illik xərci 7 min manatdır.
Papağımızı qabağımıza qoyub bir tələbənin illik geyim-keçiminin qiymətini 1000 manat, yemək-içməyini, yolpulunu, kirayə pulunu, kommunal xidmətlərə görə ödənişləri də minumum 3000 manat və digər əlavə xərcləri də hesablasaq, bir illik oxumağın 10-15 min manat civarında olduğunu dəqiqləşdirərik.
Vallahi də, billahi də bu rəqəmlərə baxanda adamın başından tüstü, gözlərindən alov çıxır. Digər yandan, oxumağına illik 10-15 min manat xərc çəkiləcək tələbənin ali məktəbdən məzun olduqdan sonra babat maaşı olan münasib iş tapıb-tapa bilməyəcəyi də sual altındadır. Yəni, hər şey Allahın ümidinə qalır. Ona görə də ən yaxşısı, övladımızın tələbə olmaq arzusunu gömək qara torpağa, onun ali təhsil almaqla bağlı muradını gözündə qoyaq, uşağa bir sənətdən, peşədən öyrədək ki, barı gələcəkdə əli çörəyə çatsın, ac qalmasın. Əbəs yerə təhsilə, elmə o qədər xərc çəkməyək, uşaq da ömrünü hədər eləməsin.
Mərhum şairimiz Mirzə Ələkbər Sabir demişkən:
“Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaqlar kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər