O “əjdaha”dan bizdə niyə yoxdur? - Təbriz VƏFALI YAZIR
13-08-2025 [13:59]
Təbriz VƏFALI
***
Allaha min şükür olsun ki, Azərbaycan bəzi uğurlarına görə Yer planetinin birincisi, bəzi şeylərə görə isə dünya dövlətləri arasında öncül yerlərdən birini, məsələn, 2-ci yeri tutur.
İnanmırsınızsa, bəzi faktları təqdim edim. Məsələn, bəzi tarixi mənbələrə görə, XIII əsrdə Azərbaycan alimi Nəsirəddin Tusinin rəhbərlik etdiyi elmi kollektiv tərəfindən ən qədim Göy qlobusu, ulduz və Yer kürəsinin qlobusları ixtira edilərək və düzəldilərək Marağa rəsədxanasında saxlanılıb.
Yaxud, Dənizkənarı Milli Parkda, yəni Bakı bulvarında bir fontan var. Həmin fontandan vurulan su 127 metr hündürlüyə qalxır. O, Almaniya istehsalı olan xüsusi qurğular vasitəsilə düzəldilib. Sözügedən qurğular Xəzər dənizinin içərisində quraşdırılıb.
Ümumiyyətlə, fontanların işə salınmasında şirin sudan istifadə edilir ki, qurğular korroziyaya uğramasın. Amma Bakı bulvarındakı sözügedən fontanımız üçün quraşdırılmış qurğular Xəzər dənizin şorlu və duzlu suyundan istifadə edir.
Xatırladım ki, 127 metr hündürlüyə su vuran fontan bütün dünya ölkələri üzrə yalnız Azərbaycanın Bakı şəhərində və İsveçrənin Cenevrə şəhərindədir.
Fəxr və qürur yerimiz olan Bayraq Meydanı ilə Azərbaycan dünyaya meydan oxuyur. 1 sentyabr 2010-cu ildə həmin meydanda ucaldılan Azərbaycan Bayrağı uzun illər 162 metr hündürlüyü olan bayraq dirəyi üzərində dalğalanıb.
2021-ci ildə Bayraq Meydanında yenidəqurma işlərinə başlanılıb və bayraq dirəyinin hündürlüyü 191 metrə çatdırılıb. Həmin dirəyimiz və bayrağımız Ginnes Dünya Rekordlar Təşkilatı tərəfindən “dünyanın ən böyük bayraq dirəyi və bayrağı” statusunu qazanıb.
Xatırladım ki, yeni bayrağımızın eni 36 metr, uzunluğu 72 metr, ümumi çəkisi isə 500 kiloqramdan çoxdur.
Qürurlandırıcı, fəxredici şeylərimiz çoxdur. Amma di gəl ki, son zamanlarda məni yaman fikir götürüb ki, bəzi ölkələrdə “əjdaha”lar var, ancaq bizdə nyə o “əjdaha”dan yoxdur?
Məsələn, süni rif (dayaz su sahələrində sualtı və suüstü yüksəklik) yaratmaq üçün 2017-cı ilin sentyabrın 29-da ermənilər üzərində dünyanın ən böyük loqosunun, yəni, eni 2 metr, hündürlüyü 2 metr olan vikipediya loqosunun həkk edildiyi yarıımçıq qlobusu “ad mənim, yar özgənin” olan Sevan (Göyçə) gölünün dibinə batırıblar. Üstəlik, onu dünya ictimaiyyyətinə süni qaya kimi təqdim ediblər.
Amma hərçənd ki, biz dünyanın ən böyük gölü və böyük həcmli su resursu olan Xəzər dənizindən yetərincə istifadə edə bilmirik. Nəyə görə o boyda Xəzərdə süni riflərimiz, süni qayalarımız, sualtı süni dağlarımız olmamalıdır? Yaxud, ermənilərin acığına daha böyük loqolu qlobuslarımızı niyə hazırlamamalıyıq ki?
Azərbaycanla, bayrağımızla, xəritəmizlə və sair ilə bağlı qlobuslarımızı hazırlamaqda çətinliyimiz nəmənə olan şeydir, axı? Hələ lazım gəlsə, Xəzər dənizində heykəl ucaltmağa da imkanımız və qüdrətimiz çatar.
Yaxud, Maldiv adalarındakı 3 qat təbəqəli və zirehli şüşələrdən hazırlanmış sualtı oteldən bizdə, Xəzər dənizində niyə olmamalıdır ki?
Bəzi “əjdaha”lardan Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə də var. Bakının İstanbuldan, Dubaydan hansı əskikliyi var ki, həmin şəhərlərdə akvarium və sualtı zoopark olsun, bizdə olmasın? İstanbulda “Emaar Akvaryum və Sualtı Hayvanat Bahçesi”, Dubaydakı “The Dubai Mall”da “Dubai Aquairum and Underwater Zoo” varsa, biz nəyə görə belə heyvanxana yaratmayaq?
Hələ demirəm ki, o “əjdaha”ları görmək üçün dəridən-qabıqdan çıxan ziyarətçilərin, yerli və əcnəbi turistlərin hesabına dövlətlər də, “əjdaha”ların sahibləri də hər il milyonca dollar pul qazanır.
İndi az xərclə çox pul qazanmaq üçün qollarımızı çırmalayıb Xəzər dənizində yeni “əjdaha”lar yaratmağın, qurmağın vaxtı çatıb.
Necə deyərlər, həm ziyarət, həm ticarət...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər