10 ay ərzində 4 anlaşma və 127 milyon manat... - Dövlət Agentliyinin tenderlərinin qalibi kimdir?
13-08-2025 [11:47]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi üzrə 03.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub.
Müsabiqənin qalibi “T.T.Ş.-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 41.495.129,27 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Məlumat satınalmaların portlında 07.08.2025-ci ildə dərc edilib.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınması üzrə “T.T.Ş.-İNŞAAT” MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 56.500.000 manat dəyərində müqavilə bağlayıb. Məlumat portlda 13.05.2025-ci ildə dərc edilib.
Göründüyü kimi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” üç ay ərzində “T.T.Ş.-İNŞAAT” MMC-yə 97 995 129 manat dəyərində dövlət sifarişi verib.
Bundan əlavə “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” ötən il də “T.T.Ş.-İNŞAAT” MMC ilə “İşğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası” işlərinin satın alınması üzrə 1.974.000 manat, “Cəbrayıl şəhərinin, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması üzrə isə 27.545.800 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb.
Beləliklə, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” 09.10.2024-cü ildən 07.08.2025-ci ilə qədər, yəni 10 ay ərzində “T.T.Ş.-İNŞAAT” MMC ilə ümumi dəyəri 127 514 929 manat olan dörd satınalma müqaviləsi bağlayıb.
Bəs 10 ay ərzində yüz milyonluq dövlət sifarişi almış bu şirkət haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “T.T.Ş.-İNŞAAT” (VÖEN: 1600121371) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.10.2004-cü il tarixdə Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 27 411 149.86 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, BABƏK PR., ev.53, qanuni təmsilçisi kimi isə Məmmədov Xalıqverdi Malça oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə MMC-nin Eldarov Tərlan Salman oğlu tərəfindən təsis edildiyi göstərilir. Vergi öhdəlikləri üzrə 2012- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Şirkətin adıçəkilən qanuni təmsilçiləri haqqında açıq mənbələrdə məlumat yoxdur. Mediada yer alan məlumatlara görə şirkətin prezidenti Qorxmaz Paşayevdir. O, eyni zamanda “Alıbəyli” Kooperativinin, “Alıbəyli” Kiçik Müəssisəsinin və “Alıbəyli Şirkəti” MMC-nin prezidentidir. Bu barədə “T.T.Ş.-İnşaat” MMC-nin saytında qeyd olunub. Qorxmaz Paşayevin adı zaman-zaman baş nazirin keçmiş müavini Əli Həsənovun yaxın adamı kimi çəkilib. “T.T.Ş.-İnşaat” MMC-nin daha çox “Qaçqınkom”un tenderlərində qalib seçilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Əli Həsənov işdən çıxarılandan sonra isə Qorxmaz Paşayevin də biznesini xaricə köçürdüyü barədə məlumatlar yayılmışdı. Bu məlumatların təkzib olunmasına rast gəlinmir.
Əsasən iri məbləğli tenderlərin qalibi seçilən “T.T.Ş.-İnşaat” MMC haqqında media resurslarında tənqidi yazılara daha çox rast gəlinir. Bu yazılarada “T.T.Ş.-İnşaat” MMC “şübhəli şirkət” kimi təqdim olunur.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC-nin rəsmi veb saytında keçmiş “AZƏRSU” ASC, hazırkı Dövlət Su Ehtiyatları Agentliyinin əsas müştərilərindən biri olduğu açıqlanır. Əsas müştəri nə deməkdir? Yəni daim işbirliyində, rəsmi şəxslərinin daim təmasda, münasibətdə olması anlamına gəlir. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu belə hallara yol verirmi? Maraqlıdır?
Burada daha bir maraqlı bir məqam da var. “T.T.Ş.-İnşaat” MMC-nin qalib olduğu tenderlərdən göründüyü kimi dövlət sifarişlərinin hər biri ayrı-ayrı rayonlarda həyayata keçirilir. Görəsən “T.T.Ş.-İnşaat” MMC-nin eyni zamanda həm Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərində, həm Astara şəhərində, həm də Bakıda bu işləri həyata keçirməsi üçün mütəxəsisləri, mühəndisələri, işçi qüvvəsi varmı?
Xatırlatmaq istərdik ki,Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi vaxtı ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti olub. Bu müəssisəyə respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Amma qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.
Struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. O, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir/Aktualinfo.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi