Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı: 15 avqust, Alyaska - Elxan ŞÜKÜRLÜ YAZIR
09-08-2025 [16:43]
Elxan ŞÜKÜRLÜ
***
Beləliklə, 35 illik geopolitik münaqişə regionlarından birində - Cənubi Qafqazda ilk böyük uzlaşma, uğurlu sövdələşmə, nəhayət, əldə edildi!
Uzun illər Rusiyanın təsir zonası sayılan Cənubi Qafqazın iki ölkəsinin – Azərbaycan və Ermənistan liderlərinin məhz Vaşinqtonda və ABŞ prezidenti Trampın zəmanəti altında Sülh Sazişinin paraflanması, Üçtərəfli Birgə Bəyannamənin imzalanması bu böyük geopolitik uzlaşmanın əsas göstəricisi olmaqla yanaşı, ilk növbədə, Azərbaycanın 2020-ci ildəki Vətən Savaşı və 2023-cü ildəki antiterror əməliyyatlarıyla regionda dəyişdiyi reallıqların və əldə etdiyi nəticələrin artıq nəinki ABŞ, bütövlükdə Qərb dünyası tərəfindən də rəsmən qəbul edilməsi, legitimləşməsi və dünyanın gələcək siyasi xəritəsində əks olunacağı deməkdir!
Bundan qabaq belə Üçtərəfli Bəyannamə regionda gedən geopolitik münaqişənin digər əsas iştirakçısı - Rusiya prezidenti Putinin iştirakıyla da imzalanmışdı!
Beləliklə, son 35 ildə Avropayla Asiyanı birləşdirən Cənubi Qafqaz körpüsünü nəzarət altına almaq istəyən hər iki güc mərkəzinin – Rusiya və ABŞ-ın liderlərinin imzaladığı sənədlərdə Azərbaycanın müharibəylə əldə etdiyi nəticələr rəsmən etiraf və qəbul olunur, eyni zamanda, sülhə zəmanətdə qarşıdakı dönəmdə hər iki ölkənin məsuliyyət daşıyacağını ortaya qoyur!
Bu, həqiqətən, Azərbaycan üçün çox böyük uğurdur və bu uğurun altında strateji düşüncə, böyük zəhmət, diplomatik məharət yatır!
Unutmayaq ki, Trampdan əvvəlki ABŞ prezidenti – demokrat Bayden hakimiyyətdə olduğu 4 il boyunca bu nəticələri qəbul etmək istəmir, Avropa İttifaqıyla bərabər, regionda sülhə əsas maneə kimi çıxış edirdi.
Demokrat Baydendən fərqli olaraq, respublikaçı Tramp “Qarabağ İttifaqı”nın - Putin, Ərdoğan və Əliyevin ABŞ-dakı 2024-cü il seçkilərində qələbəsini ən çox arzuladıqları və bunun üçün çalışdıqları lider idi.
İndi bu lider ABŞ dövlətinin sükanı arxasındadır və şübhəsiz ki, onun mövqeyinin qarşıdakı mərhələdə ABŞ-da güclü olması Rusiya, Türkiyə və Azərbaycanın da marağındadır.
Cənubi Qafqazda sülhün əldə olunmasındakı şəxsi töhfələrinə görə hətta münaqişə iştirakçısı olan hər iki dövlət tərəfindən “Nobel” sülh mükafatını almağa namizədliyinin irəli sürülməsi Trampın beynəlxalq aləmdə nüfuzunu xeyli gücləndirməklə, onu Ukrayna cəbhəsində də sülh mövqeyində durmağa və buradakı münaqişəni tezliklə yekunlaşdırmağa təşviq edəcək.
Təsadüfi deyil ki, məhz Azərbaycan və Ermənistan liderləriylə razılaşmadan – Cənubi Qafqazda uğurlu uzlaşmadan sonra bir neçə aydır məxfi şəkildə hazırlığı aparılan Tramp-Putin görüşünün də konkret tarixi və yeri açıqlandı: 15 avqust, Alyaska!
Görüş üçün məhz Alyaskanın seçilməsinin isə xüsusi mənası var: vaxtilə Rusiyanın olan bu ərazi 1867-ci ildə ABŞ-la Rusiya arasındakı ilk böyük sövdələşmənin nəticəsi olaraq amerikalılara satılıb!
Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı Qara dəniz hövzəsi - Ukraynadır!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər