Vətənə xidmət...
02-08-2025 [11:00]
Məhəmməd TAĞIYEV
***
“Vətən sağ olsun!” Görəsən, bu ifadəni ilk dəfə kim işlədib? Bəlkə ilk dəfə hansısa müharibə zamanı səslənib? Əsrlər əvvəl də əsgərlər, hərbçilər vətənləri üçün canlarından keçib. Əksəriyyətinin adı tarixdə qalmayıb, yaddaşlardan silinib. Ailəsini və yaxınlarını tək qoyub vətən üçün ölən milyonlarla qəhrəman...
Bir də qəhrəman yalnız vətəni üçün can verən şəxslərə deyilmir. Vətən, xalq, bayraq üçün əziyyət çəkən hər kəs bu ada layiqdir. Tarixdə neçə-neçə dövlət başçısı, sərkərdə xalqı üçün qəhrəmanlıq göstərib. Onlardan biri də Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Bu yazı öz özülünü mənim qəlbimdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində, Şəhidlər tablosunun qarşısında fikrə dalarkən özü qoyub.
Şəhid! Bu sözün yükü ağırdan ağır, kəsb etdiyi məna dərindən dərindir. Şəkillərdən mənə baxan şəhidlərimizin əksəriyyəti gənclərdir. Kimisi valideynlərini, kimisi yaxınlarını, kimisi də övladlarını yalnız qoyub köçüb bu dünyadan - Vətən uğrunda, Torpaq uğrunda. Bu dəqiqə rahat yaşayırıqsa, asudə nəfəs alırıqsa, məhz onlara borcluyuq.
Təəssüf ki, bunun mahiyyətini gec anlamışam. Tam olaraq isə bir il ərzində Sərhəd Qoşunlarında keçdiyim hərbi qulluq dövründə dərk edə bildim. Bir hissi anlamaq istəyirsənsə, mütləq onu yaşamalısan. Bu bir il ərzində əsgərlik həyatına xas çətinliklər gördüm. Zərrə qədər də təəssüflənmirəm, vaxtilə bizim üçün də bunu ediblər. İndi sıra bizdədir. Əsas odur ki, Vətən sağ olsun! Əzizlərin, ailən - sevdiklərin sənin və sənin kimi əsgərlərin hesabına rahat yaşayırsa, bunun qüruru nəyə desən dəyər.
Bir dəfə atamla telefonla əlaqə saxlayanda, sarkazm mənasında dedim: “Rahat yatın, biz sərhəddəyik, sizi qoruyuruq”.
“Əlbəttə, Məhəmməd. Sizi elə bunun üçün böyütmüşük” - deyə, atam cavab verdi. Atamdan o sözləri eşidəndə özümü elə dəyərli hiss etdim ki...
Ümumiyyətlə, xalqımız əsgərinə böyük dəyər verən xalqdır. Hərbi formada birini gördükdə onun üçün nəsə bir yaxşılıq etməyə çalışır. Bu, sanki bir növ minnətdarlıqdır. Təəssüf ki, əksini edənlər də var. Yalandan özünü qazı kimi qələmə verənlər, şəhid ailəsi adından istifadə edənlər utanc qaynağıdır.
Vətənə xidmət ifadəsi yalnız hərbçilərə şamil olunmur. Müəllimlər var, polislər var, həkimlər var... Hər birinin xidməti əvəzsizdir. Vətən üçün çalışanlar sağ olsunlar. Sağ olsunlar ki, Vətən də sağ olsun!
Özümüz görməsək də, böyüklərimizdən eşitmişik, həmişə söz düşəndə təxminən 30-35 il əvvəl ölkəmizdə vəziyyətin dözülməz olduğunu deyiblər - torpaqlarının 20 faizi işğal edilmiş, iqtisadiyyatı dağılmış, əhalisinin sosial durumu dözülməz olan bir ölkə... Amma indi... Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu, Azərbaycan siyasi arenada söz sahibinə çevrildi, bu gün isə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Siyahını xeyli uzatmaq olar.
Həmişə əcnəbi görəndə düşünürdüm ki, görəsən, Azərbaycanı, Bakını bəyənirlərmi? İnanın, kiminsə sənin ana yurdunu bəyənməsini görmək elə xoş bir hissdir ki. Bu hissi son dəfə ötən ilin mayında yaşamışam. ABŞ-dən gələn Ben Samimi və Silviya Rodriqes adlı qonaqlarımız Bakımızı o qədər bəyənmişdilər ki, məndən rəsmi görüşü yarımçıq saxlayıb onları şəhərdə gəzdirməyimi istəmişdilər.
Qarabağ məsələsi 30 il sonra öz həllini tapdı. “Dəmir yumruq” əməliyyatı öz bəhrəsini verdi. Bu gün işğaldan azad edilən ərazilər çiçəklənir, abadlaşır. Külli miqdarda investisiya maliyyəsi tələb edən bu renessansa, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına görə ordumuza, onun Ali Baş Komandanına, şəhidlərimizə, qazilərimizə borcluyuq.
Cəmi 10-15 gün əvvəl mən də potensial şəhid idim. Azərbaycan uğrunda can vermək mənim üçün ən böyük mükafat olardı. Ən azından qürurlanardım ki, canımı Vətəni uğrunda fəda etmişəm. Vətən naminə ölümə hər an hazır olmalıyıq. Təki Vətənimiz əbədi olsun, Xalqımız firavan yaşasın!
Bu yazını mülki şəxs Məhəmməd qələmə aldı. Düşünən isə sizin sərhədçiniz, keçmiş, amma Vətən uğrunda həmişə müsəlləh əsgər Tağıyev Məhəmməd İlqar oğlu idi.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər