İMTAHAN FIRILDAĞI: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i - Osman GÜNDÜZ YAZIR
28-07-2025 [16:32]
Osman GÜNDÜZ
***
Bir zamanlar imtahanlarda hansısa texniki vasitələrdən istifadə edənlər barmaqla sayılardı. DİM-in detektorları onları asanlıqla aşkar edirdi.
Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə biznes xidmətinə çeviriblər.
Tələb var, təklif də hazırlanır: kim imtahanda uğur qazanmaq istəyirsə, “gizli texnologiya paketi” hazırdır – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və daha nələr...
Əldə etdiyim məlumata görə, məhz belə xidməti təklif edən bir şəbəkənin üzvləri artıq məhkəmə qərarı ilə saxlanılıb, cinayət işi açılıb və istintaq aparılır. Abituriyentlərdən nəticələri ləğv olunanlar var.
Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında DTX tərəfindən həyata keçirilib.
Görünür ki, qeyd olunan orqanlar bu tip halların artmasını müşahidə ediblər və bunun mərkəzləşmiş formada ola biləcəyindən şübhələniblər.
Yəni ola bilər ki, texniki avadanlıqlarla imtahana gələnlərin müəyyən təbəqəyə, müəyyən qrupa və ya regiona bağlı olması şübhə doğurub, yaxud elə imtahan prosesində özünü şübhəli aparanların çox olması müşahidə kameraları və süni intellektlə müəyyən edilib.
Əlbəttə, gizli avadanlıqlardan istifadə edənlər məcburdur ki, tez-tez qulağa toxunsunlar, paltarda nəsə qurdalasınlar, hansısa süni hərəkətlər etsinlər, mikroqulaqcıqlardan gələn səslər ətrafda əks-səda yaratsın və s.
Burada ən diqqətçəkən məqam isə budur:
Artıq bu tip fırıldaq imtahan verənin özünün şəxsi təşəbbüsü ilə deyil, xidmət olaraq, biznes olaraq təklif edilən “texnoloji dəstək paketi” kimi təqdim olunur. Yəni bu bir fərdi fırıldaq yox, kütləviləşən, pullu və təşkilatlanmış texnoloji cinayət modelidir.
Əlbəttə, burada DTX tərəfindən bu şəbəkənin ifşası və məsuliyyətə cəlb edilmələri təqdirəlayiq bir addımdır.
Amma bu hadisə bir daha göstərdi ki, məsələ sadəcə bir neçə abituriyentin fırıldağa əl atmasında deyil – texniki – texnoloji savadlı şəxslərin - təşkilatçıların öz biliklərini cinayətə yönəltməsindədir.
Bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş bacarıqlı bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi.
Və mən yenə o fikirdəyəm: Dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır ki, bu tip texnoloji potensiallı insanlar fırıldağa və cinayətə yox, ölkənin inkişafına xidmət edən layihələrə üz tutsunlar və cəlb olunsunlar.
P.S. Yazı müəllifin Feysbuk-dakə səhifəsində yayılıb.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər