Mənzilə vay, medala vay, fəxri ada vay və “Nömrə 1” davası… - Təbriz VƏFALI YAZIR
23-07-2025 [09:42]
Təbriz VƏFALI
***
Azərbaycan dünyada yeganə dövlətdir ki, yalnız bizim ölkədə jurnalistikanın inkişafı, onun ictimai və dövlət maraqlarına uyğun şəkildə tərəqqi etməsi üçün medamıza dövlət dəstəyi göstərilir. Məsələn, respublikamızda media orqanlarının maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, jurnalistlərin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Hətta 411 mətbuat nümayəndəsinə mənzilin təmənnasız verilməsi və hədiyyə edilməsi də dünyada analoqu olmayan təqdirəlayiq addımdır. Amma...
2013-cü ildə jurnalistlər üçün tikilmiş birinci binadan mənzil almaq üçün müraciət edən və ev ala bilməyən 1200 nəfər arasında yeganə mətbuat nümayəndəsi mən oldum ki, etiraz etmədim. Hətta KİV-lərdə dərc olunan məqalələrimdə, müsahibələrimdə, açıqlamalarımda, sosial şəbəkələrdəki statuslarımda həmkarlarıma müraciət etdim ki, etirazı bir kənara qoyub dövlət başçısına dəstək olaq, prezidenti dəstəkləyək və onu ruhlandıraq ki, jurnalistlər üçün daha çox binalar tikilsin, fəxri ad, medal, diplom alacaq jurnalistlərimizin sayı ilbəil artsın.
Amma müraciətimin faydası olmadı. 2-ci bina üzrə mənzil alanların siyahısı ictimaiyyətə təqdim olunduqdan sonra mənzil alan jurnalistlərə qarşı “qara piar”ın aparılması, dövlət başçısının jurnalistlərin mənzillə təmin olunması ilə bağlı siyasətinin ziddinə olaraq təbliğat mexanizminin işə düşməsi, İlham Əliyevi dəstəkləmək əvəzinə prezidentin əvəzsiz xidmətlərinə kölgə salınması nəticəsində jurnalistlər üçün tikilmiş üçüncü bina şəhid və qazi ailələrinə verildi. Və jurnalistlər üçün bir daha bina tikilməyəcək...
İyulun 21-də dövlət başçısı bəzi həmkarlarımıza “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, 1-ci və 3-cü dərəcəli “Əmək” ordeninin, “Tərəqqi” medalının, “Əməkdar jurnalist” fəxri adının və fərdi təqaüdün verilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Həmin sərəncam yayımlanandan üzübəri bəzi mətbuat nümayəndələri sosial şəbəkələrdə söz davasına, qiyama qalxıblar.
Srağagündən etibarən sosial şəbəkələrdə oxuduğumuz statuslar “Mənim haqqıma girdilər, mənim medalımı, fəxri adımı başqasına verdilər”, “Öz adamlarını irəli çəkdilər”, “Filan jurnalisti tanımıram, ona niyə veriblər?” “Bəhmənkəsi nəzərə almalıydılar”, “Filankəsin mətbuatda xidməti azdır”, “Peşəkar və tanınmış jurnalistəm, amma medal, fəxri ad almaq üçün “yuxarıda” adamım yoxdur” və sair barədədir.
Baxırsan ki, iki xəbər, bir məqalə yazan, peşəkar mətbuatda yenicə addımlamağa çalışan özünü mətbuatın kralı, bir nömrəlisi elan edir, fəxri ad, medal və fərdi təqaüd davası döyür. Yaxud, yanan odun üstünə benzin tökmək istəyənlər yazırlar ki, ay filankəs, sənin haqqın idi, medal, fəxri ad almalıydın. Belələrinin qazına gələnlər də başlayıblar ki, mən filankəsdən üstünəm və 1 nömrəli jurnalistəm, mənə niyə vermədilər, filan...
Həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Amma atalarımız deyib ki, başına gələn başmaqçı olar. Mənzil məsələsinə görə aparılan “qara piar”, dövlət başcısının əleyhinə, onun mediaya dəstək siyasətinin ziddinə aparılan təbliğat nəticəsiz qaldı və jurnalistlər üçün tikilmiş 3-cü bina həmkarlarımıza verilmədi. Ona görə də gəlin birlikdə ölkə rəhbərinə dəstək olaq, onu ruhlandıraq ki, növbəti illərdə daha çox jurnalist həmkarımız fəxri ad, medal, fərdi təqaüd alsın.
Əks halda qısqanclığımız, paxıllığımız öz başımızı yeyəcək, həm Əli aşından, həm də Vəli aşından olacağıq...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər