“Like” manyakları… - Təbriz VƏFALI YAZIR
21-07-2025 [10:05]
Təbriz VƏFALI
***
Araşdırmaçı, tədqiqatçı jurnalist olduğum üçün ölkəmizin qədim tarixini öyrənmək və araşdırmaq məqsədilə həmişə axtarışda olmuşam.
Son zamanlarda apardığım yeni araşdırmam isə qədim və müasir Azərbaycanda mövcud olmuş və hazırda da qeydə alınan xəstəliklər barədədir.
Tarixi faktlara və qədim tibbi mənbələrə əsasən, qədim dövrlərdə Azərbaycan ərazisində insanlar müxtəlif xəstəliklərlə üzləşiblər. O zamanlar ən çox yayılan parazitar xəstəliklərə mənsub olan qotur, qurd xəstəlikləri, həmçinin malyariya, dizenteriya, taun, vəba və digər yoluxucu xəstəliklər, eləcə də bəzi irsi xəstəliklər olub. Üstəlik, “mavi ölüm” adlanan vəba və “qara ölüm” adlanan taun, həmçinin qrip pandemiyaları xeyli sayda insanı tələf edib.
Min illər boyu Azərbaycan əhalisini təhdidi edən, insanları yoluxdurmuş və ölümcül olmuş çiçək xəstəliyi, uşaqların iflic olmasına səbəb olan Polio xəstəliyi də var idi.
Müasir Azərbaycanın populyar ölümcül xəstəliklərinin siyahısına insanlarımızın gözlərinin odunu almış, onların canlarını vəlvələyə salmış HİV/QİÇS və Covid-19 (koronavirus) liderlik ediblər.
Tədqiqatlarıma görə, dövlətimizdə qeydə alınmış mərəzlərə qarşı mübarizə Azərbaycanda tibb elminin inkişafına təkan verib, ölkəmizdə müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində irəliləyişlər olub, xəstəliklərə qarşı mübarizədə uğurlu nəticələr əldə edilib.
Lakin son illərdə respublikamızda yeni və dəhşətli bir yoluxucu xəstəlik qeydə alınıb. Bu mərəzin diaqnostikasını və ona yoluxanların müalicəsini aparmaq hələ də mümkünləşməyib. Söhbət isə “like” xəstəliyi”ndən, “like” manyaklığı”ndan və bu “mərəzə yoluxan xəstələr”dən gedir.
Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun yüksək templi inkişafı nəticəsində sosial şəbəkələrə qoşulan azərbaycanlı istifadəçilərin sayı ilbəil artmaqdadır. Ölkəmizin az qala məmə yeyənindən tutmuş “pəpə” deyəninə kimi hər kəs sosial şəbəkələrdən istifadə edir. Onların arasında ən zəhlətökəni və əttökəni məhz Facebook və Tiktokdur. Baxırsan ki, birisi mobil telefonla əndrabadi şəkil çəkdirir və ya çəkir, şəkildə hırıldayır, ağzı qulağının dibinə çatır, ürək bulandıran mırıq və saralmış dişləri görünür. Həmin şəkli qoyur Facebookdakı profil səhifəsinə. Baxıb görür ki, bəyənəni, yəni, “like” edəni, rəy yazanı yoxdur, başlayır tanıdığı və tanımadığı insanları bu şəkildə teqləməyə, işarələməyə ki, nədi, nədi, 2-3 nəfər “like” edən tapılsın.
Yaxud, bəzi “like” manyakları Facebookda status yazırlar ki, mağazadan çörək aldım və bu statusa “@önə çıxart” və ya “@izləyicilər” funksiyalarını daxil edirlər. Onlar guya qəhrəmanlıq ediblər, dağı dağ üstünə qoyublar. Sanki hər kəsin bacara bilmədiyi iş imiş mağazadan çörək almaq.
Tiktok lap biabırçılıqdır. Bu sosial şəbəkədə it yiyəsini tanımır. “Like” xatirinə dombalaq aşan kim, söyüş söyən kim, yataq otağında, hamamda və ya tualetdə soyunan kim, eşşək kimi anqıran kim, yarıçılpaq sinəsini göstərən kim, ətəyini qaldırıb çılpaq ayaqlarını, alt paltarlarını nümayiş etdirən kim və sair. Hələ bəzi videolarda, canlı yayımlarda din, iman, şəriət əldən gedir, abır-həya itir, həyasız, sırtıq, qırmızı adamlar min hoqqadan çıxırlar, videoların və canlı yayımların şərh bölməsində ölülərinin və dirilərinin “yağlı” söyüşlərə qərq edilməsinə lal-dinməz, səssiz qalırlar. Təki rəy yazanlar, fikir bildirənlər çoxaldıqca “like”lərin sayı da artsın…
Xeyli vaxtdır papağımı qabağıma qoyub hey fikirləşirəm, yağatıma uzananda dağı arana, aranı dağa qatıram ki, bu “like” mərəzi”nə, “like” xəstələrinin dərdinə bir dərman tapım, başımıza bir çarə qılım. Di gəl ki, icad etmək, kəşf etmək bacarığım yağlı əppək olub göyə çəkilib, ilham pərim göyün 7-ci qatından kəllə-mayallaq yerə düşərək yuvarlanıb dibigörünməz uçuruma, qalmışam naəlac.
Əgər işdi-şayəd, “like” xəstələrini, “like” manyaklarını müalicə etməyin yolunu tapa bilsəm, 5 qat Nobel mükafatı alan ilk azərbaycanlı kimi tarixə düşəcəm.
İnşallah…
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər