Efirlərdə şıllaq atan, dombalan “təlxəklər”imiz… - Təbriz VƏFALI YAZIR
17-07-2025 [10:24]
Təbriz VƏFALI
***
Uşaqlıqdan əyləncəli heyvanları, xüsusilə də dombalaq aşan meymunları və ayıları çox sevirəm. Telekanallarda yayımlanan sirk şoularındakı, kinolardakı, hətta kəndlərdə oynadılan ayıların qol qaldırıb məzəli oynamaları, dombalaq aşmaları məni xeyli güldürür, mənə ləzzət edir.
Hələ “Heyvanlar aləmi” adlı verilişdə, zooparklardan hazırlanmış teleçəkilişlərdə meymunların hoppanıb düşmələri, dombalaq aşaraq yuvarlanmaları kimi səhnələr mənə xüsusi zövq verir…
Dombalaq aşmaq demişkən, yadıma təlxəklər düşdü. İndiki klounların əcdadları olan təlxəklər əsrlər əvvəl saraylarda onları izləyənləri güldürmək və əyləndirmək üçün hoppanıb düşər, dombalaq aşardılar…
Tövləmizdə axtalanmış erkək eşşəyimiz var idi. Çox güclü idi, 250-300 kiloqram və daha ağır yüklə dolu ikitəkərli yük arabasını daşıya bilirdi. Eşşəyimiz nə qədər zəhmətkeş, sevilən və xoşagələn heyvan olsa da, bir o qədər şıltaq, nadinc və rəhmsiz idi. Ac olanda səhərin gözü açılmamış, xoruz banlamamış acqarına elə anqırırdı ki, anqırtısı, ah-naləsi yeri-göyü lərzəyə gətirər, inlədərdi. Elə ki qarnı tox olurdu, qırmızı görmüş buğaya dönər, ətrafdakılara şıllaq atardı…
Ruhuna milyonlarca dua oxunan, salam və salavat göndərilən rəhmətlik Azərbaycan SSR sağ olanda, qadın və kişi müğənnilərimiz, aktyor və aktrisalarımız, musiqiçilərimiz, rəqqas və rəqqasələrimiz, rejissorlarımız və digərləri nümayiş etdirdikləri bacarıq və qabiliyyətləri, sənət nümunələri ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verir, cəmiyyətin mədəni həyatını zənginləşdirir, ictimaiyyyətdə mədəni dəyərlərin, mədəni irsin təbliğinə və onların layiqincə qorunmasına çalışırdılar. Sənət adamarı maddi və mənəvi mədəniyyətimizin atributlarından və elementlərindən biri olan geyim mədəniyyətinə xüsusi diqqət yetirir, geyim üslubunun seçilməsinə məsuliyyətlə yanaşır, efirlərə, tamaşaçılar qarşısına abırlı, unikal və göz oxşayan sadə geyimlərlə çıxırdılar. Üstəlik, onların danışıqları, söhbətləri, tamaşaçılara və sənətkarların özlərinə göstərdikləri hörmət, sənət nümunələrinin nümayişi zamanı keyfiyyətin təmin edilməsi üçün səhnə davranış qaydalarına yüksək səviyyədə əməl edilməsi izləyicilərin ruhlarına qida verir, onların ruhlarını işıqlandırır, tamaşaçılar və dinləyicilər mənəvi rahatlıq tapırdılar…
Son illərdə isə televerilişlərdə, toylarda, konsertlərdə, hətta sosial şəbəkələrdə sadəlik, milli-mədəni mədəniyyət nümunələri, milli-mənəvi dəyərlər unudulmaqda və yoxa çıxmaqdadır. Bəzi sənətçilər və özlərini “ulduz sayan”lar, o cümlədən ucuz “şan-şöhrət xəstəliyi”nə “yoluxan”lar özlərini müasir “təlxəklər” kimi apararaq efirlərdə, toylarda, sosial şəbəkələrdəki canlı yayımlarda əyləncəli ayılar və meymular kimi kəllə-mayallaq, dombalaq aşırlar, dombalırlar, yerdə uzanırlar, yarıçılpaq bədənlərinin müxtəlif əzalarını nümayiş etdirirlər, bizim şıltaq, nadinc və rəhmsiz eşşəyimiz kimi şıllaq atırlar, küçədə böyümüşlər kimi söyüş söyürlər, saçyolduya çıxırlar və sair. Sonra da bunların adlarını qoyurlar mədəniyyətin və incəsənətin inkişafına töhfələr.
Hələ qeyri-insani hərəkətləri ilə “populyarlıq” qazananlar fəxri ad almaq üçün az qalırlar vətəndaş müharibəsinə başlasınlar.
Əgər müvafiq dövlət qurumları tezliklə bəzi televerilişlərimizə, toylarımıza və canlı yayımlarımıza ciddi nəzarəti həyata keçirtməsələr, cəzalar tətbiq etməsələr, müasir “təlxəklər”imizin sayı günbəgün artacaq və bu da mədəniyyətimizin və incəsənətimizin məhvə sürüklənməsinə yol açacaq.
Məndən demək, ziyanın yarısından dönmək də kardır…
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər