“Rabitəbank"da nə baş verir: depozitlər azalır, səhmdar payını satır və... (YENİLƏNİB)
15-07-2025 [16:15]
Hüquqi şəxslər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Mia.az Yeniavaz.com xəbər verir ki, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2025-ci ilin ilk yarısında hüquqi şəxslərin “Rabitəbank”dakı depozitləri 11,7% və ya 25,3 milyon manat azalıb.
Hüquqi şəxslərin depozitləri ilə yanaşı, “Rabitəbank”ın xalis mənfəəti də kəskin azalıb. Belə ki, ötən ilin ilk yarısının yekununda 10,6 milyon manat xalis mənfəəti olan bank, bu ilin ilk yarısında 6,8 milyon manat xalis mənfəət əldə edib.
Qeyd edək ki, “Rabitəbank”ın problemli kreditlərində də artım müşahidə olunub. Ötən ilin ikinci rübünün yekununda bankın ümumi kredit portfelində vaxtında qaytarılmayan kreditlərin – problemli kreditlərin xüsusi çəkisi 3,6% (27,3 milyon manat) təşkil etdiyi halda, bu ilin ikinci rübündə bu göstərici 4%-ə (36 milyon manat) yüksəlib. Bu göstərici ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir. Mərkəzi Bankın 2025-ci ilin iyun ayının əvvəlinə olan məlumatına əsasən, bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 1,7% təşkil edib.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.
Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin kürəkənidir. Abdullayevin kürəkəni eyni zamanda “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından biridir (19%).
***
“Rabitəbank” ASC-nin səhmdarlarından biri olan Validə Maarif qızı Abasova bankda əlavə səhmlər alıb.
Mia.az Banker.az-a istinadla xəbər verir ki, Abasovanın bankdakı payı 25.13% əhəmiyyətli pay alıb. Əldə edilmiş səhmlərin həcmi 246,631 təşkil edir. Bu səhmlərin hər biri isə 20.29 manat nominal dəyərdədir.
Seyran Nuriyev Əlibaba oğlunun 14 milyon 807 min manatlıq və ya 14.51 faizlik payı Validə Abbasova Maarif qızına ötürülüb. Bununla da, Validə Abbasovanın bankın ümumi nizamnamə kapitalındakı 20.13 faizlik payı 34.64 faizə yüksəlmişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi