22-08-2014 [15:18]
Bunu apa-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının kodeksində və "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda körpə qidaları və onun satışı ilə bağlı çoxsaylı incə məqamlar göstərilir: "Məsələn, körpə qidalarının reklamında heç vaxt sağlam uşaq şəklindən, heyvan şəklindən istifadə oluna bilməz. Rezin əmzik isə heç yerdə göstərilə bilməz. Çünki beynəlxalq kodeksə görə, hətta körpə qidası körpəyə verildikdə o rezin əmziklə yox qaşıqla verilməldir”.
E. Hüseynovun sözlərinə görə, qanunda və beynəlxalq kodeksdə göstərilir ki, pediatrların körpə qidaları üzrə distributorlarla heç bir əlaqəsi olmamalıdır: "Distributorlar yalnız pediatrları yeni elmi texniki nəticələr barədə maarifləndirməli və onlara məlumat verməlidirlər. Onların həkimlərə sponsorluq etməsi, konfranslara göndərməsi qadağandır. Körpə qidaları satan distributorların pediatrlarla çox sıx əməkdaşlıq etməsi dəhşətli haldır. Bizdə olan məlumatlara görə, analar doğum evində olan zaman onlara pulsuz körpə qidaları verilir və oradaca körpələr süni qidalara alışdırılır. Doğum evlərinin müdirlərinin birbaşa körpə qidalarının satışı üzrə distributorla əlaqəsi var. Belə ki, analar özəl və dövlət doğum evlərindən çıxdıqdan sonra onlara təcili olaraq zəng gəlir ki, hansı körpə qidası uşağa verilməlidir. Hətta evə də gətirilir, hədiyyə də edilir. Buna görə də Azərbaycan ümumdünya göstəricilərində ana südü ilə qidalanmada həddindən artıq geri qalır”.
Ekspert bildirib ki, körpə qidası həssas bir məhsul olduğundan analar onun hazırlanmasını və istifadə qaydasını aydın bilməlidir: "Təəssüf ki, bu gün körpə qidalarının 30 faizi milli dildə markalanmadan satılır və bəzilərinin üzərinə isə yapışqan etiketlər vurulur, o üsul da səmərəli deyil”.
E. Hüseynov qeyd edib ki, bu yaxınlarda bəzi uşaq qidalarının tərkibində Geni Dəyişdirilmiş Məhsullar (GMO) da aşkarlanıb: "Həmin qidalar Azərbaycanda da satışda var".
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev isə APA-ya açıqlamasında bildirib ki, nazirliyin müşavirələrində, iclaslarında həmişə bu və buna bənzər bir çox məsələlər qaldırılır, xəbərdarlıqlar edilir: "Amma keyfiyyətsiz qidaları reklam edən həkimlərə qarşı hansısa cəzaların tətbiq olunmasından və ya buna görə həkimlərin işdən çıxarılması ilə bağlı məlumatım yoxdur”.
Baş pediatr qeyd edib ki, doğum evlərində uşaqlara süni qidalar vermək olmaz: "Ana südünün bu və ya digər problemi olduğu halda həkimlər bunu edə bilərlər. Bunun üçün tibbi göstəriş olmalıdır. Əgər həkimlər anaya süni qidaları təklif edirsə, o zaman onlar "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunu pozmuş sayılırlar. Bu qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir”.
"Belə faktlar aşkarlanarsa, müvafiq icra orqanları, o cümlədən Səhiyyə Nazirliyi tədbirlər görməlidir”, deyən N. Quliyev vurğulayıb ki, ümumiyyətlə, qida şirkətləri ilə tibb işçilərinin birbaşa əlaqəsi olmamalıdır: "Süni qida lazım olduqda həkim resept yazmalıdır. Həmin reseptin əsasında da qidalar alınmalı və resept də alınan yerdə qalmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi