Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
11-07-2025 [14:31]
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlərə 10 iyul tarixində təşkil olunmuş təntənəli bağlanış ilə yekun vurulub.
Mia.az-ın məlumatına görə, tədbirdə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq standartları uğurla tətbiq edən tərəfdaş müəssisələrin rəhbərləri, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti, “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində yaxından əməkdaşlıq edilən assosiasiyaların rəhbərləri, şirkət əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Bildirilib ki, bir ay ərzində keçirilmiş genişmiqyaslı tədbirlər vasitəsilə qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi və bu sahədə cəmiyyətə açıq mesaj verilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.
Tədbirdə qeyd olunub ki, “Qida Təhlükəsizliyi Ayı” ərzində təşkil olunmuş fəaliyyətlər çərçivəsində praktiki təlimlər, maarifləndirmə kampaniyaları, partnyorlarla birgə təşəbbüslər, eləcə də korporativ və ictimai kommunikasiyalar həyata keçirilib. Hər mərhələdə qida təhlükəsizliyinə sistemli və uzunmüddətli yanaşmanın tətbiq olunduğu vurğulanıb.
Qida Təhlükəsizliyi Ayının yekunlarına həsr olunmuş tədbirdə yayımlanan videoçarx vasitəsilə görülən işlər ictimaiyyətə təqdim olunub. Videoçarxda həm əməkdaşların iştirakı, həm tərəfdaş şirkətlərin dəstəyi, həm də qida təhlükəsizliyinə verilən strateji önəm əksini tapıb.
Tədbirin rəsmi hissəsində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov layihəni yüksək qiymətləndirərək vurğulayıb ki, qida təhlükəsizliyi təkcə texniki məsələ deyil – bu, şirkətin strateji prioriteti və eyni zamanda dərin etik dəyəridir. “Bu məsuliyyət həm də bizim vicdani öhdəliyimizdir,” – deyə o qeyd edib.
Tədbirin yekununda qida təhlükəsizliyi sahəsində göstərdiyi nümunəvi fəaliyyətə görə fərqlənmiş əməkdaşlar və tərəfdaş təşkilatlar təltif olunublar. Bildirilib ki, onların fəallığı və məsuliyyətli yanaşması bu təşəbbüsün uğurlu icrasına əhəmiyyətli töhfə verib.
Veysəloğlu Şirkətlər Qrupu olaraq inanırıq ki, belə təşəbbüslər gələcəkdə daha genişmiqyaslı proqramların əsasını qoyacaq və cəmiyyətin rifahına xidmət edən yanaşmalarla davam etdiriləcək.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi