Trampdan Putinə qarşı U dönüşü - Şahin Cəfərli yazır
08-07-2025 [23:14]
Şahin CƏFƏRLİ
***
Tramp: "Putin bizə çoxlu cəfəngiyat danışır. Söylədikləri qulağa xoş gəlir, amma heç bir mənası yoxdur. Mən ondan məmnun deyiləm. O, pis adamdır və çoxlu adam öldürür, ən çox da öz əsgərləri ölür. Mən sanksiyaları ciddi olaraq nəzərdən keçirirəm, Senatın layihəsini öyrənirəm. Ukraynaya müdafiə silahlarının göndərilməsinə sərəncam verdim. Müharibə yəqin ki, 3-4 gün davam edərdi, lakin biz Ukraynaya ən yaxşı silahlar göndərdik və onlar mərdliklə döyüşdülər..."
Trampın Putin və Rusiya ilə bağlı sərt ritorikaya keçməsi onun Ukrayna məsələsində diplomatiyanın perspektivlərinə inamını itirdiyini göstərir.
Bu, həm də o deməkdir ki, Rusiya hazırkı mövqeyini davam etdirərsə, iki ölkə münasibətlərində Trampın 2-ci dönəmində də ciddi tərəqqi baş verməyəcək. Halbuki Trampın bu yöndə niyyəti, iradəsi var idi və o, Bayden dövründəki Rusiya siyasətini davam etdirmək fikrində deyildi. MAGA ictimaiyyəti də müharibənin qısa müddətdə ya dayandırılmasını, ya da ABŞ-ın bu məsələdən yaxasını tamamilə kənara çəkməsini gözləyir və tələb edirdi. Putinin atəşkəs və sülhlə bağlı təklifləri dərhal rədd etməsinə rəğmən Trampın sülhyaratma cəhdlərini son günlərə qədər davam etdirməsinin səbəbi bəlkə də o idi ki, Rusiyaya qarşı təzyiq siyasətinə dönüş baş verəndə MAGA radikalları prezidenti sülhün imkanlarından tam istifadə etməməkdə qınaya bilməsin.
ABŞ prezidentləri xarici siyasət mövzuları üzrə nə qədər fərqli yanaşmalara malik olsalar belə, hər iki partiyanın üzərində konsensusa vardığı milli maraqlar var ki, dövlət başçısının həmin maraqları ayaqlayaraq siyasət yeridəcəyini düşünmək doğru olmaz. ABŞ-da Ukraynanı təslim etməyin və Avropanı aqressiv rus imperializmi qarşısında tək buraxmağın, 5-ci maddə üzrə öhdəliklərdən imtinanın tərəfdarları var, amma bu, dövlətin marağında deyil.
P.S. Yazı müəllifin feysbuk səhifəsindən gğötürülüb.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər